Bayden administrasiyasındakı əsas vəzifələrə təyinatları 24 noyabrda elan edəcək

Bakı. Trend:

Demokrat Cozef Bayden gələcək rəhbərliyindəki əsas təyinatlarını 24 noyabrda elan edəcək.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bunu Baydenin Ağ Ev aparatının rəhbəri təyin etdiyi Ron Klayn açıqlayıb.

"Əgər konkret şöbələrə kimin rəhbərlik edəcəyini bilmək istəyirsinizsə, seçilmiş prezidentin noyabrın 24-ə onların adlarınınverəcəyini gözləməlisiniz" - Klayn deyib.

Yeni aparat rəhbərindən demokratlar liderinin keçid komandasının administrasiyanın ümumi işlər idarəsini Baydenin ABŞ-dakı qələbəsini qəbul etməsinə məcbur etmək üçün hansı təsir gücünə sahib olduğu soruşularkın bildirib: "İşlərin qəbulu prosesinin yalnız bir hissəsinə nəzarət edirik. Ağ Ev və Kabinetin işçilərini seçirik, siyasi kursun formalaşdırılması üçün planlar hazırlayırıq, yüksək səviyyəli görüşlər keçiririk".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ankarada növbəti İŞİD əməliyyatı keçirildi

SONRAKI XƏBƏR

Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - VİDEO