Azad etdiyimiz Ağdam qorxu filmlərindəki şəhərləri xatırladır

Azad etdiyimiz Ağdam qorxu filmlərindəki şəhərləri xatırladır

Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş daha bir Azərbaycan yaşayış məntəqəsi "ruhlar şəhərini" xatırladır.

Noyabrın 20-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr tarixli birgə bəyanatına uyğun olaraq Ağdam rayonu erməni işğalçılarından azad olundu.

Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu şad xəbəri çatdırdı.

"Əziz həmvətənlər, mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm! Bütün ağdamlıları ürəkdən təbrik edirəm” - deyə o bildirdi.

Elə həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonun daxil olublar.

Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə Azan oxunub və Cümə namazı qılınıb.

Təəssüf ki, bu şəhərimiz də işğal dövründə erməni vandalları tərəfindən talan edilib və Füzuli şəhəri kimi "ruhlar şəhərini" xatırladır.

Sputnik Azərbaycan azad edilmiş Ağdam şəhərindən bu ürəyi sızladan fotoşəkilləri təqdim edir.

Mənbə: sputnik.az