İsrail mediası Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşdüyü haqda məlumat verib

İsrail mediası Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşdüyü haqda məlumat verib

İsrail mediası bazar ertəsi baş nazir Benyamin Netanyahunun vəliəhd Məhəmməd bin Salman və ABŞ dövlət katibi Mike Pompeo ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gizli səfər etdiyi haqda məlumat verib.

Məlumatlarda İsrailin nümayəndə heyətinin tərkibində Milli Kəşfiyyat Agentliyi Mossad-ın başçısı Yossi Kohenin də daxil olduğu və özəl bir təyyarənin Tel-Əvivdən Səudiyyə Ərəbistanının Nəom şəhərinə uçduğu və bir neçə saatdan sonra geri döndüyünü göstərən uçuş haqda informasiya qeyd edilib.

Netanyahunun ofisi tərəfindən bu səfərlə bağlı ictimaiyyətə hər hansı bir açıqlama verilməyib.

ABŞ Dövlət Departamentinin də Pompeonun Məhəmməd bin Salmanla Neomdakı görüşü barədə bazar günü verdiyi açıqlamasında Netanyahu barədə heç bir şey qeyd edilməyib.

"Onlar İranın bölgədəki təcavüzkar davranışları qarşısında Körfəz ölkələrinin birliyi və Yəməndəki münaqişənin siyasi həllinə nail olmağın vacibliyini müzakirə edib" - deyə, dövlət katibinin sözçüsünün müavini Keyl Braun bildirib

Pompeo keçən həftə İsraili ziyarət edərək, Netanyahu ilə bu ölkənin Bəhreyn, Sudan və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılmasına dair son müqavilələrini müzakirə edib. Pompeo Səudiyyə Ərəbistanını da İsraillə əlaqələrini normallaşdırmağa çağırıb.

Amerika Birləşmiş Ştatları, İsrail və Səudiyyə Ərəbistanı İranın regionda nüfuzunu artırmasının qarşısının alınması məsələsində birgə maraqları bölüşür.

Mənbə: www.amerikaninsesi.org