"Onun adı ilə düşməni vahiməyə salan qəhrəman Ağdama səfəri xüsusi önəm kəsb edir"

"Onun adı ilə düşməni vahiməyə salan qəhrəman Ağdama səfəri xüsusi önəm kəsb edir"

Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan igid kəşfiyyatçı İbad Hüseynli Ali Baş Komandan İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın işğaldan cəmisi 2 gün öncə azad edilmiş Ağdam şəhərinə səfərini Moderator.az-a şərh edib:

"Adı ilə düşməni vahiməyə salan qəhrəman Ağdam şəhəri noyabrın 20-də 27 illik işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 21-ci əsrin müasir hərbi texnoloji nailiyyətləri əsasında, zərgər dəqiqliyilə aparılan ildırımsürətli müharibə öz məntiqi nəticəsini verdi: çox böyük strateji və mənəvi əhəmiyyətə malik Ağdam şəhəri Ermənistanın kapitulyasiyası nəticəsində, 1 güllə atılmadan Azərbaycana - bu torpaqların qanuni sahibinə təslim edildi.

Ağdamın azad ediməsi də cəmiyyətdə Şuşa qədər coşğu ilə qarşılandı. Bu günsə bizlərə daim sürprizlər bəxş edən Cənab Prezident və 1-ci vitse prezidentin işğaldan yenicə azad edilmiş Ağdama etdiyi səfər xüsusi alqışa layiqdir. Minalardan hələ sonadək təmizlənməmiş, hiyləsi və məkri bitməyən düşmən ərazidən tam uzaqlaşmamış Ali Baş Komandanın və birinci vitse prezidentin Ağdama səfəri onun qorxmaz sərkərdəlik xarakterindən xəbər verdi, təhlükələrə sinə gərərək özünü əsgər və zabitlərdən seçmədiyini ortaya qoymuş oldu.

44 günlük Vətən Müharibəsi İlham Əliyevin misilsiz şəxsi keyfiyyətlərini, peşəkar dövlət xadimi və diplomat kimi dünyanı heyrətləndirməyi bacardı, dünyanın 30-dan yuxarı nüfuzlu media qurumuna verdiyi parlaq müsahibələrlə, obrazlı desək, ünlü jurnalistlərə master klass keçməklə bu savaşın təsadüf nəticəsində qalibiyyətlə başa çatdırılmadınğını isbatlaşmış oldu.

Məhz onun rəhbərliyi altında uzun illər aparılan düzgün xarici siyasət və supergüclərin diqqətlə izlədiyi döyüş əməliyyatlarını dəqiqliklə yerinə yetirən müzəffər ordumuzun son sözü də şübhəsiz Cənab Prezidentin aktivinə qızıl hərflərlə yazılacaq. Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun şanlı Azərbaycan ordusuna!"

 

 

Mənbə: moderator.az