Ermənistanda müxalif siyasətçi aclığa başladı

Ermənistanda müxalif siyasətçi aclığa başladı

Ermənistanda müxalif Daşnaksütyun partiyasının nümayəndəsi, Yerkir Media kanalının informasiya-analitik xidmətinin direktoru Gegam Manukyan bazar ertəsi günü Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müddətsiz aclıq aksiyasına başladığını elan edib.

"Nikol Paşinyanın istefası tələbilə müddətsiz aclıq elan edirəm”, - Manukyan "Facebook"-da yazıb. Onun sözlərinə görə, hökumətin və Baş nazirin yararsız və dağıdıcı siyasətinə görə “erməni xalqı vətəninin bir hissəsini itirib”.

Manukyan hesab edir ki, hazırkı hakimiyyət Qarabağ məsələsində mümkün qədər əlverişli şərtlər əldə etməyə qadir deyil.

"AzPolitika.info"

Mənbə: azpolitika.info