Paşinyanın istefasını tələb edən siyasətçi ACLIQ AKSİYASINDA

Paşinyanın istefasını tələb edən siyasətçi ACLIQ AKSİYASINDA

Ermənistanda müxalif “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Redaktor.az-ın məlumatına görə, o, baş nazir Nikol Paşinyan istefa verənədək aksiyanı davam etdirəcəyini deyib.

Siyasətçinin sözlərinə görə, Ermənistan Paşinyan hökumətinin yarıtmaz siyasətinə görə müharibədə ağır məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-da kapitulyasiyanın imzalanmasından bəri etiraz aksiyaları davam edir. \Open.az

 

Mənbə: redaktor.az