“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...” – Şok açıqlama

“Nikol Paşinyan bu məğlubiyyətdən sonra siyasi gücünü itirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Yerakir Media” telekanalının informasiya və analitik xidmətinin direktoru Geqam Mankyan jurnalistlərə açıqlamasında bildirib.

O, parlamentdən kənar siyasi qüvvələrin Baş nazir Nikol Paşinyanla görüşü zamanı ona Rusiya Prezidenti Vladimir Putinlə əlaqə qurmağı təklif etdiklərini söyləyib:

“Müharibənin ilk günlərində ondan (Paşinyandan) Rusiya Federasiyasının prezidenti ilə əlaqə saxlamağını istənildi. “Heç kimə borclu olmaq istəmədiyini” söylədi. Ölkəni belə bir vəziyyətə gətirməkdənsə kiməsə borclu qalmaq daha yaxşı deyildimi?”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Avstraliya iki ştat arasında koronavirus məhdudiyyətlərini qaldırıb

SONRAKI XƏBƏR

“Qalatasaray” “Kayserispor”la matçda xal itirib