Savaş bitdi, müharibə davam edir...

Savaş bitdi, müharibə davam edir...

Uzun illər bundan əvvəl yazmışdım ki, biz savaşı uduzmuşuq, müharibəni yox!

Biz bu gün müharibəni də udduq!

Tanrı Azərbaycan əsgərini və ölkə rəhbərini-ali baş komandanı heç kimə nəsib olmayan bir tapşırıqla görəvləndirdi!

Komandan da, ölümünə savaşan əsgər də bu tapşırığı ləyaqətlə yerinə yetirdi!

Azərbaycan əsgərinin ölümü bahasına qazanılmış qələbənin üstündən bu gün Xan kəndində soyuq küləklər əsir indi!

Bu Tanrı dağından əsən külək deyil!

200 ildir Rusiyanın boz çöllərindən əsib gələn, bizi yaşamağa qoymayan, düşmən küləyidir!

Respublika prokurorunun haqqında cinayət işi qaldırdığı bir qatilin Rusiyanın Qarabağa təyin etdiyi yeni canişinin yanında dayanmağının nələrdən xəbər verdiyini anlamaq zorundayıq!

Tanrı ali baş komandana savaş zamanında göstərdiyi qətiyyəti,savaşda adını əbədiyyətə yazmış Azərbaycan əsgərinə yenilməzliyini əsirgəməsən!

Biz savaçı udduq!

Savaş bitdi, müharibə davam edir!

Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub- təmizləyən,son yüz ildə yaşamadığımız sevinci bizə yenidən yaşadan ali baş komandan,adını ölümsüzlük kitabına yazan Azərbaycan əsgəri!

Qələbəmiz qutlu, qəzamız mübarək olsun!

Bütün şəhidlərimizin Tanrı dağındakı ruhuna salam olsun!

Rüstəm Behrudi

Mənbə: moderator.az