Qaçqın statusunu üstümüzdən götürdünüz – Suraxanıdan Yenaliyeva Yuliya Prezident Əliyevə müraciət etdi...

Qaçqın statusunu üstümüzdən götürdünüz – Suraxanıdan Yenaliyeva Yuliya Prezident Əliyevə müraciət etdi...

“Bu məktubu Sizə yazan milliyyətcə azərbaycanlı olmayan Azərbaycan Respublikası vətəndaşıdır. Son ay yarım ərzində ölkəmin, Vətənimin həyatında baş verən hadisələr məni qürurlandırır. Tarixi ədalət öz yerini tapdı və Azərbaycan heç nəyə baxmayaraq, öz ərazi bütövlüyünü bərpa etdi. Bu bizim şanlı Ordumuzun və əlbətdə ki, liderimiz və Ali Baş Komandanımız olan Sizin əvəzsiz xidmətinizdir.

Minlərlə könüllümüz kimi, mənim qardaşım da Ordu sıralarında xidmətə yollanmışdır və mən bundan sonsuz qürur duyuram. Eynilə də həm ön cəbhədə döyüşən, həm də arxa cəbhədə çalışan qardaşlarımızla fəxr edirəm.

Sağ olun ki, çoxdan gözlədiyimiz bu sevinci bizə bəxş etdiniz. Sağ olun ki, bir milyona yaxın vətəndaşımızın təxminən 30 il ağır bir yük kimi daşıdığı “qaçqın” statusunu onların üstündən götürdünüz.

Azad olunmuş Cəbrayıl və Füzuli rayonlarına səfərinizin videogörüntülərini izləyərkən ağladım, çünki faşist barbarların bizim şəhərimizi nə vəziyyətə saldıqlarına sakit baxmaq olmur. Şəxsən mən – əminəm ki, bütün xalqımız da mənimlə eyni fikirdədir – istəyirəm ki, işğalçılar törətdikləri bu vəhşiliyə görə cavab versinlər.

Sizə cansağlığı və yeni-yeni siyasi uğurlar arzulayıram. Xalq Sizinlədir!

Qarabağ Azərbaycandır!”

Bakı şəhərinin Suraxanı rayondan Yenaliyeva Yuliya Faridovna Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com