Şirvan rus icmasının rəhbəri Lyubov İvanovna Prezident Əliyevə yazdı...

Şirvan rus icmasının rəhbəri Lyubov İvanovna Prezident Əliyevə yazdı...

“İcazə verin, hərbi əməliyyatların dayandırılması və düşmənin qeyd-şərtsiz tam təslim olması barədə razılaşmanın imzalandığı barədə xəbər elan olunan gün biz – Şirvan sakinlərinin keçirdiyi sevinc və iftixar hisslərinə görə Şirvan şəhərinin rusdilli əhalisi adından Sizə və Birinci vitse-prezident Mehriban xanıma təşəkkürümüzü bildirim.

Sizin sərt qətiyyətiniz və cəsarətli qərarlarınız sayəsində Azərbaycan buna nail oldu. Biz qalibiyyətimizə ürəkdən inanırdıq və nəhayət, o gün gəldi!

Qələbə! Sonsuz sevinc hissi göz yaşlarına qarışmışdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli oğlunun – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında bizim şanlı Ordumuz Qarabağın çoxdan həsrətini çəkdiyimiz torpaqlarını özümüzə qaytardı. Qarabağ torpaqlarında dalğalanan Azərbaycan bayraqlarını bütün dünya gördü”.

Bunu Şirvan şəhərinin Bayramlı qəsəbəsindən Şirvan şəhəri Rus İcmasının sədri Urmantseva Lyubov İvanovna Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com