"Lənətə gəlmişlər geri çəkildikcə minalayırlar"-Deputat şəhid polkovnikdən yazdı

Xəbər verildiyi kimi Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin Suqovuşanda minaya düşərək şəhid olub. Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev özünün "facebook" səhifəsində bu hadisədən üzüldüyünü bildirib.

"Polkovnik Babək Səmidlinin həlak olmasına çox məyus oldum. Şuşanın alınmasında iştirak edən, əlbəyaxa döyüşdə qəhrəmanlıq göstərən bir igidin bu şəkildə ölməsinə üzüldüm. Lənətə gəlmiş erməni işğalçıları bağışlanılmaz hərəkətlər edirlər. Geri çəkildikcə minalayırlar.

Allah, bütün erməni işğalçılarına ən ucuz ölüm bəxş etsin. Məscidləri təhqir edən bu toplumun cəzası ağır olub, olmalıdır və olacaq.

Biz bunlarla necə birgə yaşayaq? Yerin cənnət olsun, şəhidim!"-deyə, Razi Nurullayev bildirib.

Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Qaçqın statusunu üstümüzdən götürdünüz – Suraxanıdan Yenaliyeva Yuliya Prezident Əliyevə müraciət etdi...

SONRAKI XƏBƏR

Uşaq ikili standartın çərçivəsində: internetdə bir fikir var, valideyndə başqası