Cəmi 6 gün sonra Siz...

Cəmi 6 gün sonra Siz...

Akademik Vaqif Abbasov Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət etdi...

“Dünyalar qədər sevdiyimiz, qürur yerimiz olan əzizlərimiz – cənab İlham Əliyev və Mehriban xanım Əliyeva!

Noyabrın 16-da Qarabağa birgə səfəriniz qələbəmiz qədər qürurverici idi. Bu qüruru ifadə etmək üçün yetərincə söz tapmaq mümkün deyil.

Qədim Xudafərin körpüsü yaxınlığında qaldırdığınız şanlı Azərbaycan Bayrağı qələbəmizin çox gözəl təsviridir. Qədim Xudafərin ilə Sizin birgələşməniz çox möhtəşəm idi. Araz çayının suyunun ətrini duyduğunuz an heç vaxt yadımdan çıxmayacaq.

Siz dünyaya sübut etdiniz ki, xalqımız müdrik və böyük xalqdır, dövlətimiz güclü dövlətdir.

Ermənilərin təslimçilik sənədinə qol çəkməsindən cəmi 6 gün sonra Siz Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdiniz. Bu təməlqoyma böyük Qarabağa böyük qayıdışın dönməz təməlidir.

Siz hər ikiniz xalqın ən sevimli övladlarısınız. Siz belə böyük və əbədi sevgiyə layiqsiniz. Xalqımız və dövlətimiz üçün etdikləriniz ölçüyə gəlməzdir, haqqı heç nə ilə ödənilən deyil.

Hər ikinizə sonsuz minnətdarlığımız var.

Xalqımız, dövlətimiz və dünya üçün Allah Sizləri qorusun!

Allah rəşadətli Azərbaycan Ordusunu qorusun!

Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın ruhları şad olsun!

Sizin rəhbərlik etdiyiniz xalqın birliyi əbədi olsun!”

Bu fikirləri akademik Abbasov Vaqif Məhərrəm oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com