SON DƏQİQƏ: Ermənistanın sabiq müdafiə naziri barəsində həbs qətimkan tədbiri seçildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Hərbi Prokurorluğu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohayan təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və məlum olduğu kimi təqdimat təmin edilib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, Bakı hərbi məhkəməsinin qərarı ilə Seyran Ohayan barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Fakt Hərbi Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a təsdiqlənib.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Cəmi 6 gün sonra Siz...

SONRAKI XƏBƏR

Futbolçu şəhid qardaşının adını kürəyində daşıyacaq - VİDEO