Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq - VİDEO

Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq - VİDEO

İşğaldan azad edilən torpaqlarımızın dirçəldilməsi və inkişafı üçün bir sıra önəmli layihələr hazırlanır. Dövlət və özəl sektorun birgə fəaliyyəti yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialından düzgün istifadə etməyə imkan verəcək. Türkiyəli iş adamları da bu prosesə qoşularaq ərazinin sürətli iqtisadi inkişafı üçün sərmayə qoymağa hazır olduqlarını bildiriblər.artıq bir sıra sahələr üzrə fəaliyyət planı da hazırlanıb.

İşğaldan azad edilmiş torpaqlarımızda yenı tarix yazılır və yeni nəfəs gəlir. Türkiyəli iş adamları da bu önəmlı mərhələdə aktiv iştirak edərək sərmayələrini yatıracaqlar.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanqın deyir ki, illərdir bu günlər üçün hazırlıqlar görülüb.Bəzi sahələr üzrə spesifik olaraq iqtisadi potensial öyrənilib.

Camal Yanqının sözlərinə görə,işğaldan azad edilən ərazilərdə bir çox sahələr üzrə yenı ınfrastrukturların qurulması ücün genış imkanlar var.Xüsusılə kənd təsərrüfatı,turizm sektoru ,sənaye məhəllələri bölgə əhalisınin maddi rifahı üçün olduqca önəmlidir. Azərbaycan türkiyə iş adamları birliyinin üzvləri əsas hədəf kimi iqtisadi inkişafı prioritet seçərək: ilk ıllərdə qazanci düşünməyəcəklər.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərimızın iqtisadi imkanları illərdir ki, düzgün qiymətləndirilməyib.Erməni işğalçıları bölgəni sadəcə talamaqla istismar edib.Doğma torpaqlara qayıdışla işğaldan azad edilən bütün torpaqlarimiz da yenıdən həyata qayıdacaq.

Mənbə: press.az