Yaponiya dünyada lider ölkə olmaq niyyətindədir

Yaponiya dünyada lider ölkə olmaq niyyətindədir

“Jiji-press”in yaydığı məlumata görə, Yaponiya həm iqtisadiyyata, həm də ətraf mühitə fayda verəcək ekoloji təmiz sənayenin yaradılması istiqamətində dünyada lider ölkə olmaq niyyətindədir.

Bildirilir ki, bu barədə “G20” liderlərinin onlayn for­matda keçirilən sammitində çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa deyib. O bildirib ki, Yaponi­ya 2050-ci ilədək istixana qazları emissiyasının sıfır səviyyəsinə endirilməsini qarşıya məqsəd qoyub. Qeyd edib ki, günəş elementləri, hidrogen ener­jisi, karbon-dioksidin emalı kimi yeni nəsil innovasiyalar ekoloji təmiz cəmiyyətin formalaşması üçün açar rolunu oynayır. Baş nazir, həmçinin inkişaf etməkdə olan ölkələrə texniki və digər dəstəyin göstərilməsinin zəruriliyini də vurğulayıb. Qeyd edilib ki, məhz bu yolla dünya okeanının plastiklərlə çirklənməsinin qarşısını 2050-ci ilədək almaq olar. O xatırladıb ki, koronavirus pandemiyası dövründə tibbi və gigiyenik vasitələrdən istifadə nəticəsində yaranan tullantıların həcmi sürətlə artır.

“G20” liderlərinin qəbul etdiyi bəyanatda gələn il Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Yaponiyanın qəti mövqeyi alqışlanır. Qeyd edi­lir ki, bu, insanlığın yaşamaq uğrunda mübarizəsinin və COVID-19-un dəf olunması üçün dünya birliyinin rəmzi ola bilər.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com