Hodgesdən QARABAĞ AÇIQLAMASI: "Təşəbbüsü Kremlə verdik, indi isə..."

Hodgesdən QARABAĞ AÇIQLAMASI: "Təşəbbüsü Kremlə verdik, indi isə..."

ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodges hesab edir ki, Dağlıq Qarabağ hadisələri fonunda Gürcüstana NATO-ya üzv olmaq üçün dəvət göndərmək lazımdır.

Publika.az xəbər verir ki, bu barədə o, "EUObserver" də yayımlanan məktubunda danışır.

Onun sözlərinə görə, Qərb Cənubi Qafqaz da daxil olmaqla, daha geniş Qara dəniz bölgəsinin bütün sahələrində tam və ardıcıl rəqabət edə bilmədi və bu da Dağlıq Qarabağda münaqişənin yenidən başlamasına səbəb oldu:

"Biz təşəbbüsü Kremlə verdik və buna görə də bu gün kənar da qalıb nəticəni müşahidə edirik. Gəlin Ermənistan və Azərbaycanla yeni, daha güclü münasibətlər quraq. Türkiyə ilə çoxdankı müttəfiqliyimizi gücləndirək və ABŞ hava və dəniz qüvvələri üçün infrastruktur daxil olmaqla Gürcüstanda varlığımızı gücləndirək. Biz də Gürcüstana bir dəvət göndərməliyik ki, dərhal NATO-ya üzv olsun".

B.Hodqes qeyd edib ki, bu addımlar Kremlin bu bölgənin Qərb üçün strateji maraq kəsb etdiyini anlamasına imkan verəcək:

"İki böyük dövlət arasındakı qarşıdurmanın qarşısını almaq istəyiriksə, fürsətimiz olduğu müddətdə Qərb Cənubi Qafqazda rəqabət etməlidir".

Mənbə: publika.az