Stoltenberqlə Bayden arasında telefon danışığı olub

Stoltenberqlə Bayden arasında telefon danışığı olub

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidenti seçilmiş Co Baydenlə telefonda danışıqlar aparıb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Alyansın bəyanatında deyilir.

Telefon danışığı zamanı Stoltenberq əlaqələrin daha da möhkəmləndirilməsi üçün Şimali Amerika ilə Avropanın sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

“Onlar bizim transatlantik alyansımızın kollektiv təhlükəsizliyimizin təməl daşı kimi əhəmiyyətini müzakirə ediblər. Baş katib prezident seçilən Baydenə deyib ki, Şimali Amerika ilə Avropa arasında əlaqələrin daha da möhkəmləndirilməsi və gələn il NATO ölkələri liderlərinin görüşünü hazırlamaq məqsədi ilə onunla çox sıx əməkdaşlığa ümid edir”, - məlumatda vurğulanıb.

Sənəddə bildirilir ki, Stoltenberq Baydenə NATO-nun və transatlantik münasibətlərin çoxdankı tərəfdarı olduğuna görə təşəkkür edib.

Mənbə: qafqazinfo.az