RUSİYA KİV-ləri PUTİNƏ QARŞI? - Əvvəlki kimi ermənicə “danışırlar”...

RUSİYA KİV-ləri PUTİNƏ QARŞI? - Əvvəlki kimi ermənicə “danışırlar”...

Rusiya KİV-ləri Qarabağ separatçılarının başçısı, baş cani Araik Arutyunyanı (Ərtünü) israrla «tanınmamış Dağlıq Qarabağ respublikasının prezidenti» kimi təqdim edir. Bu da Azərbaycan cəmiyyətində haqlı narazılıq və Rusiya dövlətinin mövqeyində riyakarlıq notlarının mövcudluğuna şəbhə doğurur.

Belə ki, məlum atəşkəs bəyanatının imzalanmasından (Rusiyanın təşəbbüsü ilə) sonra Azəbaycan respublikasının prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir və burada heç bir «Dağlıq Qarabağ respublkası» adlı inzibati-ərazi vahidi yoxdur, Araik isə Azərbaycana qarşı silah qaldırmış canidir.

Bundan başqa, Rusiya Federasiyasının prezidenti Vladimir Putin də bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu fakt dünya birliyi tərəfindən tanınıb.

Belə bir şəraitdə Rusiya KİV-nin «Dağlıq Qarabağ respublkası» və onun «prezidentindən» dəm vurması təəccüb doğurmaya bilməz. Buradan belə anlaşılır ki, ya Rusiya KİV-ləri gerçəkdə Rusiya dövlətinin rəsmi mövqeyinə müxalif cəbhədə dayanıb, ya da Rusiyanın siyasi rəhbərliyi sadəcə, riyakarlıq edir - gerçəkdə Araik kimi canilərlə eyni düşərgədə yer alır.

Dediklərimizin sübutu üçün bu gün Rusiya KİV-də yer almış bir xəbəri önə çəkmək istərdik. Xəbərdə deyilir ki, tanınmamış Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan müharibənin başa çatması və atəşin dayandırılmasına verdiyi dəstəyə görə, Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

Təzada bir baxın - bir yanda separatçı-cani, digər cinahda isə vasitəçi dövlətin prezidenti. İndi sən gəl, ayırd elə görüm, bu nə oyundur?!

Yaxşı olardı ki, bu təzada «ermənicə danışan Rusiya KİV-ləri» və Kremlin mətbuat katibi münasibət bildirəydi.

Mirzə AĞ

AzPolitika.info

Mənbə: azpolitika.info