Çin: ABŞ silaha nəzarəti təhlükəyə atır

Çin: ABŞ silaha nəzarəti təhlükəyə atır

Çin Xarici İşlər Nazirlliyi sözçüsü Çao Lisien ABŞ-ın Rusiya ilə silah nəzarətini təmin edən “Açıq Səmalar Razılaşması”ndan çıxmasına reaksiya verib.

“Anadolu” agentliyi xəbər verir ki, Lisien ABŞ-ın razılaşmadan çıxmaq addımının beynəlxalq silah nəzarətinə və tərksilah prosesinə mənfi təsir göstərdiyini bildirib.

Sözügedən addımın tərəflər arasındakı hərbi inamı və şəffaflığı pozduğuna diqqət çəkən sözçü qeyd edib ki, bu hadisə müvafiq bölgələrdə təhlükəsizlik və sabitliyin qorunması üçün əlverişli deyil.

Qeyd edək ki, ABŞ rəhbərliyi dünən Rusiya ilə silah nəzarətini tənzimləyən “Açıq Səma Sazişi”ndən çıxdığını elan edib.

Çin razılaşma tərəfləri arasında olmasa da, hər bir ölkəyə hərbi obyektləri yoxlamağa icazə verib.

1992-ci ildə imzalanan “Açıq səma sazişi” Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirləri kimi nəzərdə tutulub.

Mənbə: www.oxu.az