Netanyahu: "Bu yaxınlarda Bəhreynə gedəcəyəm"

Netanyahu: "Bu yaxınlarda Bəhreynə gedəcəyəm"

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin Baş naziri yaxın gələcəkdə Bəhreynə getmək qərarını açıqlayıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Bəhreynə getmək qərarını çərşənbə axşamı günü açıqlayıb. İsrail Baş nazirinin sözlərinə görə, Ali Xəlifə onu rəsmi olaraq Bəhreynə dəvət edib.
Qeyd edək ki, Bəhreyn, BƏƏ ilə birlikdə İsrail rejimlə münasibətlərini normallaşdırıb.

Mənbə: FNA

Mənbə: eastnews.org