Rusiya Əfqanıstan probleminə digər ölkələrin də daxil edilməsini istisna etmir

Rusiya Əfqanıstan probleminə digər ölkələrin də daxil edilməsini istisna etmir

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın əfqanlararası danışıqları asanlaşdırmaq üçün Rusiya Federasiyası, ABŞ, Çin və Pakistanın iştirakı ilə "genişlənmiş üçlük" formatında işə digər ölkələrin cəlb edilməsini istisna etmir.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Əfqanıstanla bağlı Cenevrə Beynəlxalq Konfransının iştirakçılarına video müraciətində bildirib.

Lavrov eyni zamanda Əfqanıstan İslam Respublikası hökumətini və "Taliban" hərəkatının nümayəndələrini Dohadakı əfqanlararası danışıqlar çərçivəsində prosedur məsələlərində tez bir zamanda razılığa gəlməyə çağırıb.

 

Mənbə: eastnews.org