"Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"

"Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"

"Bu gün tək 50 milyonluq xalqımız deyil, dünyada yaşayan 400 milyonluq türk xalqları Qarabağın işğaldan azad olunmasından qürur hiss keçirir. Bütün bunları bizə yaşadan Ali Baş Komandanımız, müzəffər sərkərdəmiz İlham Əliyev və onun igid əsgər və zabitləridir! Çox qürurverici günləri yaşayırıq. Dünya tarixində çox nadir hallarda rast gəlinən müharibənin şahidi oldular. 30 il ərzində milyardlarla dolları istehkama, müdafiəyəyə sərf edən Ermənistan və onunların himayədarlarını Azərbaycan əsgəri 44 gün ərzində diz çökdürdü, məhv etdi."

Bunu Moderator.az - a BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, sosial şəbəklərdə 44 günlik müharibə dövründə döyüşlə geri aldığımız Şuşa, Suqovuşan, Zəngilan, Qubadlı, Fizulu, Cəbrayıl və digər bölgələrdə əsgərlərimizin, zabitlərimizin necə böyük qəhrəmalılqlar göstərdiyini yayılan videolardan də görə bilirik:

"Müharibə şəraitində olduğumuz üçün hələ tam şəkildə necə qəhrəmanlıqlar göstərdiyimizi , qələbə qazandığımız videoları yaymırlar. Ali Baş Komandanımız özü bunu çıxışında qeyd etdi. Müharibə tam bitdikdən sonra daha geniş məlumatlar veriləcək. Çox böyük qəhrəmanlıqlar göstərib bizim igid əsgərlərimiz, zabitlərimiz, generallarımız. Bir səngərdə əsgərlə generallarımızın necə vuruşduğunu görürük. Bütün bunlar qələbəmizin əsasını təşkil edib. Fəxr edirik. "

Politoloqun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev demək olarkı hər gün işğaldan azad olunmuş şəhərlərə gedir və bu qəhrəmanlıq göstərən əsgərlərimizin qəhrəmanlığından danışır:

"Cənab Prezident çıxışında qeyd etdi ki, vətən müharibəsində iştirak edən bütün şəhid ailələri, əsgərlər, qazilər hər zaman dövlət nəzarətində olacaq. Və onların sosial problemlərinin həlli istiqamətində də addımlar atılacaq. Bu əsgərlərə tək dövlət deyil, hər birimiz xüsusi diqqət göstərməliyik. Çünki bunlar bizim tariximizi qızıl həriflərlə yazan qəhrəman əsgərlərimizdir. Və düşünürəm ki, gələcəkdə bu əsgərlərinin hər birinə, şəhid ailələrinə, qazilərə Qarabağda dövlət hesabına ev verilsə, çox yaxşı olar. Bu qanları hesabına torpaqlarımızı geri alan şəxslərin alal haqqıdır. İnanıram ki, dövlətimiz gözlədiyimizdən də artığını vətən müharibəsində iştirak edən hər kəs üçün edəcək!"

Mənbə: moderator.az