Almaniyadan bosniyalı gənc Prezident İlham Əliyevə yazdı – Şuşa və Ağdam məscidlərindən…

“Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm.

Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla eyni çətinlikləri yaşayıb. Biz də yalnız müsəlman olduğumuz üçün təcavüz, zülm və soyqırımına məruz qalmışıq. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək.

Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik”.

Bu sözləri Almaniya Federativ Respublikasının Frankfurt şəhərindən Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən “Bosnia internattional” Beynəlxalq Demokratik Gənclər Təşkilatının sədri Ernad Deni Çomaqa Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

"İmarət" stadionunun darmadağın edilmiş görüntüsü - Video

SONRAKI XƏBƏR

COVID-19-a yoluxma halları artdıqca ABŞ-da çox sayda kollec və universitet bağlanır