Monte Melkonyana doğum günü "hədiyyə"si - Kəlbəcərin qurtuluşuna dəqiqələr qaldı...

Monte Melkonyana doğum günü "hədiyyə"si  - Kəlbəcərin qurtuluşuna dəqiqələr qaldı...

Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində ASALA və ASALA-RM terror təşkilatlarının üzvü və yaradıcısı qatı terrorçu, Kəlbəcərin işğalında yerli dinc əhaliyə xüsusi qəddarlıq göstərmiş Monte Melkonyanın 25 noyabr doğum günüdür.

1993-cü ildə onun başını bədənindən ayıran Azərbaycan əsgərinin sabah onun doğum gününə “hədiyyəsi” Kəlbəcərin azad edilməsi oldu. 25 noyabr Kəlbəcərin azad olunduğu gün kimi xalqımızın tarixinə yazıldı.

Başı kəsik gədənin doğum gününü, anım gününü ermənilər ikiqat faciə kimi unutmayacaqlar. Əbədi olaraq faciə kimi xatırlanacaq Kaliforniyada doğulub, Mərzilidə gəbərən erməni terrorçusu. Unutmasınlar!

Vətənimizə əlini uzadanlar bilsinlər ki, gec-tez kəllələrindən də olacaqlar, xatirələrindən də...

 

 

Mənbə: moderator.az