“Belə gündə doğulmaq da bir xoşbəxtlikdir ki, hər adama qismət olmur...”

“Belə gündə doğulmaq da bir xoşbəxtlikdir ki, hər adama qismət olmur...”

“Əlbəttə, bizim ən böyük uğurumuz, sevincimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıyla bağlıdır”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Musa Urud deyib.

M.Urud doğum gününün Kəlbəcərin işğaldan azad edilməsi gününə təsadüf etdiyinə sevindiyini bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Təbii ki, doğum günümdə Kəlbəcərin, Qarabağın işğaldan azad edilməsini qeyd edirik. Belə gündə doğulmaq da bir xoşbəxtlikdir ki, hər adama qismət olmur. Əlbəttə, bizim ən böyük uğurumuz, sevincimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıyla bağlıdır. Bunu şəhidlərimizə borcluyuq, Allah onları rəhmət eləsin. Bunu Ali Baş Komandana, əsgərlərimizə, yaralı hərbçilərimizə borcluyuq onlara dua edirik. Millət olaraq bir daha özümüzü qürurlu hiss edirik”.

M.Urud doğulduğu Zəngəzur mahalının da işğaldan azad ediləcəyinə inandığını bildirib:

“Əlbəttə, bunların hamısı olacaq. Ümumilli lider Heydər Əliyev deyirdi ki, tarix hər şeyi öz yerinə qoyur. İnşallah öz yerinə qoyacaq. Zəngilan da, Qubadlı da, Laçın da əslində Zəngəzurdu və qalır o biri hissəsi. Kəlbəcərin də dağının o biri üzü elə Zəngəzurdu. İnşallah Azərbaycan dövləti qüdrətləndikcə, gücümüz artıqca, dostlarımız çoxaldıqca, haqq-ədalət daha tez öz yerini tapacaq, biz buna inanırıq və bu ümidlə də yaşayırıq. Mən də bütün xalqımızı, xüsusən Kəlbəcər camaatını ürəkdən təbrik edirəm. Orda mənim çoxlu dostlarım, sevdiyim insanlarım var, onların hamısını təbrik edib, sevgimi bildirirəm. İnşallah bu yay Kəlbəcərdə İstisuda onlarla bir yerdə olarıq”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az