Cibuti İsraili dövlət olaraq tanımaq istəmir

Cibuti İsraili dövlət olaraq tanımaq istəmir

Eastnews.org-un verdiyi xəbərə görə, Cibuti Prezidenti İsmayıl Ömər Qulle Ərəb Birliyinin bəzi ölkələrinin İsrail rejimi ilə normallaşma addımlarına münasibət bildirib.

İsmayıl Ömər Qulle açıqlamasında vurğulayıb ki, İsrail rejimi fələstinliləri hüquqlarından məhrum etmək üçün bütün addımları atır.

"Hər kəs İsraildən sülh üçün addım atmasını istəyir. Lakin mövcud vəziyyətdə normallaşdırma prosesini başlatmaq olmaz", - deyə İsmayıl Ömər Qulle diqqətə çatdırıb.

O qeyd edib ki, Cibutinin İsrail rejimini hələ dövlət olaraq tanımaq fikri yoxdur.

Mənbə: eastnews.org