Dağlıq Qarabağla bağlı önəmli gün - BİR NEÇƏ SAAT SONRA...

Fransa Senatında bu gün qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi müzakirə ediləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat Türkiyə KİV-də yer alıb. Məlumatda qondarma rejimin müstəqilliyinin tanınması ilə bağlı müzakirələrdə 5 senatorun fikirlərinin irəli sürüləcəyi öz əksini tapıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu, heç bir dövlətin buraya müdaxilə etmək haqqının olmadığını dilə gətirib.

Orxan İsmayıl / Redaktor.az

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

"Bütün əsgərlərin toyunu təmənnasız oxuyacam" - Əməkdar artist

SONRAKI XƏBƏR

Torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Xalq Cəbhəsidir - ŞƏRH ÖZƏL