İranın baş tutmayan planı: “Öz maraqlarını təmin etməyə çalışırdı...”

İranın baş tutmayan planı: “Öz maraqlarını təmin etməyə çalışırdı...”

“İran Qarabağ müharibəsinin gedişində yeni sülh təklifləri hazırlayıb, Prezident Həsən Ruhani xüsusi elçisi vasitəsilə Bakı, Moskva, Yerevan və Ankarada oldu. Həll variantlarını tərəflərə təqdim etdi. Amma Tehranın həll varinatı nəzərə alınmadı”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmmməd Əsədullazadə çıxış edib.

Onun sözlərinə görə, İranın bu "həll varinatı" Cənubi Qafqazda Rusiya, Türkiyə ilə birgə yeni formatda maraqlı idi:

“Amma Bakı buna razı olmadı. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan həmçinin Türkiyənin qeyri-rəsmi iştirakı ilə bəyannamə imzalandı. Bu, Qarabağ münaqişəsinin sonunu gətirdi. İmzalanan bəyannamə Azərbaycanın maraqlarına cavab verirdi. Amma İranın irəli sürdüyü həll varinatı Azərbycan üçün məqbul deyildi. Orada Ermənistanın da maraqları nəzərə alınmışdı. Həmçinin bu planla İran Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə çalışırdı. İranın bu planı baş tutmadı.

İmzalanan bəyannamədən sonra, İran tərəfi elan etdi ki, Xarici İşlər naziri Cavad Zərifini Moskva və Bakıya göndərəcək, Qarabağ məsələsini müzakirə etsin. Göründüyü kimi, İran məlum bəyannamədən və müharibənin gedişindən narazı olub. Çünki prosesdə yer ala bilmədi və təklif etdiyi variant müzakirə edilmədi. Azərbaycan üçün bitən Qarabağ məsələsini İran XİN rəhbəri niyə gəlib müzakirə etməlidir?! Yoxsa, gəlib Qarabağa status məsələsini, etnik ermənilərin vəziyyətini müzakirə etmək istəyir? Ona görə də onun səfəri Azərbaycan tərəfindən qəbul edilmədi. Çünki İranla bu məsələdə danışılacaq bir söz yoxdur. İran da müəyyən bir siyasi gediş edərək, Cavad Zərifin səfərini təxirə saldı”.

Politoloq əlavə edib ki, ümumiyyətlə, İranın Qarabağ məsələsində rolu və Cənubi Qafqazda siyasəti Azərbaycana daima problemlər yaradıb:

“Ona görə də çevik bir diplomatik gedişlə İranı bu məslədə neytral saxladıq və Azərbaycanın maraqlarına gec də olsa, bəyanat vermiş oldu. İran Türkiyənin Cənubi Qafqazda rolunu qəbul etmir və ona görə də bu kimi səfərlər edib, öz maraqlarını təmin etməyə çalışırdı”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info