"Qaparak": "Anlaşmanın mürəkkəbi qurumamış..."

"Qaparak": "Anlaşmanın mürəkkəbi qurumamış..."

“Zəngilan bölgəsi Azərbaycanın nəzarətinə keçdiyindən cənub sərhədinin uzunluğu dəyişib. Meğri bir tərəfdən İran İslam Respublikası ilə, digər tərəfdən isə Naxçıvanla 70 kilometr sərhəddə həmsərhəddir. Bu sərhəd Meğri alayı tərəfindən qorunur, indi Qarabağ tərəfdən daha 70 kilometr əlavə yeni sərhəd yarandı”.

KONKRET.az xəbər verir ki, bu sətirlər Ermənistanın “Qraparak” qəzetindən götürülüb. Məlumatda deyilir ki, “Ermənistan-İran sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur. Noyabrın 10-da imzalanan bəyanatın 9-cu bəndində əsasən Naxçıvanı Azərbaycanın qərb bölgələri ilə birləşdirəcək bir yolun inşası haqqında bənd var. Bəziləri bizi “yol tikintisi məsələsinin illərlə davam edə biləcəyinə” inandırmağa çalışsalar da, bunun tamamilə doğru olmadığı ortaya çıxdı. Anlaşmanın mürəkkəbi hələ qurumamış Cənubi Qafqaz Dəmir Yolu QSC-nin işçiləri rus sərhədçiləri ilə birlikdə Meğridə oldular və ərazini araşdırmağa başladılar. Dedilər ki, bu, perspektivli bir məsələdir. Söhbət dəmir yolundan gedir. Gəldilər, baxdılar və getdilər”.

Mənbə: konkret.az