"Əli Həsənov dünyada nə mənfi və çatışmayan xüsusiyyətlər varsa, hamısını Azərbaycana yapışdırmışdı" - Baş redaktor

"Əli Həsənov dünyada nə mənfi və çatışmayan xüsusiyyətlər varsa, hamısını Azərbaycana yapışdırmışdı" - Baş redaktor

“Əli Həsənovun dövründə Azərbaycan haqqında çox mənfi fikir formalaşmışdı”.

Bunu KONKRET.az-a açıqlamasında “Ayna-Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlı söyləyib.

Elçin Şıxlı qeyd edib ki, bu mənfi fikir Əli Həsənovdan öncə olmayıb:

“Əli Həsənov elə bir fikir formalaşdırmışdı ki, guya, Azərbaycan demokratiyadan uzaq və diktatura rejiminin hökm sürdüyü dövlətdir. Dünyada nə mənfi və çatışmayan xüsusiyyətlər varsa, hamısını bizə yapışdırmışdı.Əli Həsənov xarici tanınmış KİV-lərin hamısını müxtəlif bəhanələrlə Azərbaycandan qovmuşdu. Bununla da dünyaca məşhur və iri media strukturlarında Azərbaycan üçün mənfi rəy formalaşdı. Təbii ki, bu baş verənləri erməni tərəfi də qızışdırırdı. Əli Həsənovun yaratdığı mənfi imici cənab Prezident 44 gün ərzində darmadağın etdi. Cənab Prezidentin müsahibələrinə baxdıq. Çox gözəl cavablar verirdi. Əli Həsənov elə etmişdi ki, Prezident hakimiyyətdə olduğu 17 il ərzində 3-4 müsahibə vermişdi. O da ən yaxşı halda Rusiya televiziyalarına. 44 gün ərzində dünyanın tanınmış KİV-ləri qalmadı ki, cənab Prezident müsahibə verməsin. Hər biri ilə də öz dillərində danışdı. Bir dəfə də olsun tərcüməçinin köməyindən istifadə etmədi. Bizə qarşı yaranan mənfi fikir bizim yarıtmaz media siyasətimizdən irəli gəlirdi. Tənqiddən qorxmaq lazım deyil. Biz tənqid edirik ki, daha yaxşı olsun. Guya, Əli Həsənov ölkə imicini qoruyurdu. Bu adla hamını bizdən qaçırtdılar, iyrəndirdilər. Təbii ki, bu yolla ölkəni talan edib, ciblərini doldurdular. Azərbaycanın imicinin tam dəyişdirilməsi istiqamətində əsas iş indi başlayır. Bu işi ilk olaraq 44 gün ərzsində cənab Prezident və onun köməkçisi Hikmət Hacıyev etdi. Bundan sonra da media siyasətində müəyyən düzəlişlər edilməlidir ki, informasiya savaşını media strukturları aparmaq əvəzinə, dövlət başçısı aparmasın”.

Mənbə: konkret.az