Cavid Qurbanov Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət etdi – FOTO

Cavid Qurbanov Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət etdi – FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcər rayonundan olan Cavid Qurbanov bu gün Fəxri Xiyabanda Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev və onun ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.

Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə başlatdığı uğurlu hərbi əməliyyatların nəticəsi olaraq bu gün işğalçı Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonunu tərk edib. Müzəffər ordumuz 27 ildən sonra işğal altında olan Kəlbəcərə daxil olub.

Qeyd edək ki, Cavid Qurbanovun doğulub boya-başa çatdığı Ağdaban eli, mənsub olduğu nəsl Qarabağ müharibəsinin gedişində çoxsaylı itkilərə məruz qalıb. 16 yaxın qohumu düşmən tərəfindən şəhid edilib.

Aşıq Şəmşir Ocağının yetirməsi olan Cavid Qurbanovun ötən müddətdə Kəlbəcərə həsr etdiyi şeirlərə mahnılar yazılıb, aşıqlar tərəfindən ifa olunub.

Mənbə: turkustan.info