Rəsmi Moskvadan Ərdoğanın Qarabağ açıqlamasına GÖZLƏNİLMƏZ REAKSİYA

Rəsmi Moskvadan Ərdoğanın Qarabağ açıqlamasına GÖZLƏNİLMƏZ REAKSİYA

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə bölgədəki digər ölkələrlə yanaşı, Dağlıq Qarabağda atəşkəsin qorunması üçün səylərin genişləndirilməsi imkanlarını müzakirə etdiyi barədə açıqlamasını şərhsiz qoyub.

Publika.az xəbər verir ki, Peskov jurnalistlərin məsələ barədə sualını "dünən gecə mesajda söylədiklərimizin xaricində sizə daha çox şey deyə bilmərəm" formasında cavablandırıb.

Qeyd edək ki, Ərdoğan parlamentdəki çıxışında Dağlıq Qarabağda sülhün təmin olunmasında Rusiya və Türkiyədən başqa, digər ölkələrin də iştirak edə biləcəyini söyləmişdi.

Zümrüd

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: publika.az