Əsli Kazımova: “Cənab Prezident dünya ictimaiyyətinə və İslamı hər hərəkəti ilə təhqir edən Ermənistana bir əxlaq dərsi vermiş oldu”

Əsli Kazımova: “Cənab Prezident dünya ictimaiyyətinə və İslamı hər hərəkəti ilə təhqir edən Ermənistana bir əxlaq dərsi vermiş oldu”

“27 ildən sonra Ağdamda Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər birimiz üçün əlamətdar gündür”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Ağdamın 27 ildən sonra azadlığa qovuşması nəinki hər bir qaçqın və məcburi köçgünümüzü sevindirir, bütün xalqı sevindirdi: “Azərbaycan ordusu, başda Cənab Ali baş komandan olmaqla Azərbaycvan xalqına fəxarət, inam, güvən, sabitlik və təhlükəsiz həyat bəxş etdi. Bu tendensiyaların vəhdəti bu gün heç bir dövlətdə tam şəkildə təmin olunmayıb. Biri varsa, digəri mütləq yoxdur. Dünyanın ən güclü dövlətləri bu gün siyasi baxımdan və ya iqtisadi baxımdan “iflic” olunmuş şəkildə mövcuddurlar. Hər dövlət bu gün dünyadakı geosiyasi çəkişmədə, siyasi təzyiqlər altında qətiyyətli və iradəli duruş nümayiş etdirə bilmir. Etdirsə belə, bu yükə uzun müddət tab gətirə bilmir. Biz bunu görürük. Bu mövcud geosiyasi tendensiyaların yaratdığı reallıqlardır. Azərbaycan bu gün işğal altında olan torpaqlarını azad etdi. Regionda sülh və barış içində yaşamaq naminə terrorla mübarizə nümunəsi göstərdi. 30 ildir heç bir beynəlxalq təşkilatın nail ola bilmədiyi uğura cəmi 44 gün içində nail oldu. Dünənə qədər işğalçı Ermənistana dəstək olan qonşu dövlətlərin maraqlarını Azərbaycanda birləşdirməyə nail olduq. Ona görə də, kim nə deyirsə desin, Qarabağ razılaşması birmənalı olaraq, Azərbaycana tam qalibiyyət qazandırdı. İtisadi-siyasi baxımdan isə Azərbaycana ikiqat qələbə qazandırdı, da deyə bilərik. Əgər Azərbaycan 30 ildir işğal altında torpaqları olduğu üçün “siyasi iflic” vəziyyətində iqtisadi baxımdan sürətli inkişaf tempinə malik idisə, bu gün ərazi bütövlüyünü tam təmin etdikdən sonra, “siyasi iflic” vəziyyətindən tamamilə xilas olduğu üçün Azərbaycan yaxın bir neçə ildə regionda aparıcı dövlətlərdən birinə çevriləcək”.

Daha sonra ASRP sədri Cənab Prezident İlham Əliyev ilə ölkənin birinci vitse-prezienti xanım Mehriban Əliyevnın Ağdamda məscidə ziyarətləri ilə bağlı fikir bildirib: “Bu ziyarət hesab edirəm dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilməlidir. Vaxtı ilə erməni məkirli siyasəti nəticəsində həmin məsciddə donuz saxlandığı halda, Cənab Prezident və xanım Mehriban Əliyeva oraya ayağıyalın girdi. Bu İslama olan ehtiramdır. Bu dinimizə göstərilən dəyərdir. Cənab Prezident bu ziyarətdə Qurani-Kərimi öpüb başının üstünə qoyduğu kimi üç rəngli bayrağımızı da öpüb başının üstünə qoydu. Bu o deməkdir ki, dövlətin bayrağı ölkə lideri üçün Qurani-Kərim qədər müqəddəs və dəyərlidir. Hesab edirəm bu addımı ilə Cənab Prezident dünya ictimaiyyətinə və İslamı hər hərəkəti ilə təhqir edən Ermənistana bir əxlaq dərsi vermiş oldu”.

Mənbə: www.baki-xeber.com