"Paşinyan güc strukturlarına şeytanı tutmaq əmri vermişdi" – Ermənistan MTX-nın sabiq sədri

"Paşinyan güc strukturlarına şeytanı tutmaq əmri vermişdi" – Ermənistan MTX-nın sabiq sədri

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalifətdə olan "Vətən" partiyasının lideri Artur Vanetsyan baş nazir Nikol Paşinyanın MTX-ya qanunsuz əmrlər verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Vanetsyan "Nikol Paşinyan çoxsaylı, qanunsuz əmrlər verib, o cümlədən Milli Təhlükəsizlik Xidmətinə” deyib.

Onun sözlərinə görə, xüsusilə baş nazir Milli Təhlükəsizlik Xidmətinin direktoruna milli təhlükəsizlik təhdidləri ilə məşğul olmaq əvəzinə qaz yanacaqdoldurma məntəqələrində kassa aparatlarında çek verilməsini yoxlamağı tapşırıb.

“Ya da şeytanı tutmağı tapşırıb. Sonra ailəsinə məxsus qəzet vasitəsilə Milli Təhlükəsizlik Xidmətinə baş nazirin tapşırığının yerinə yetirilib- yetirilmədiyini, şeytanın tutulmasını dəqiqləşdirmək üçün sorğu göndərildi. Yəni o, dövlət idarəetmə orqanlarını təhqir edir, onların rolunu aşağılayırdı. O, dövlət idarəetmə sistemini təməlinə qədər dağıdıb, buna görə də indi Ermənistanda əsir və itkin düşənlərlə məşğul ola bilmirlər. Çünki dövlət sistemi olmadığından bununla necə məşğul olmağı bilmirlər" - Vanetsyan bildirib.

Mənbə: avropa.info