Ermənistanın borcu artır, pulu dəyərdən düşür

Azərbaycan ordusu Qarabağ müharibəsində Ermənistana sarsıdıcı zərbə vurub. Ölkədə həm siyasi, həm də iqtisadi böhran yaranıb.

Bizimyol.info xəbər verir ki, Ermənistanın iqtisadi vəziyyəti ağırlaşır. Qafqaz dövlətinin xarici borcu artır, milli valyutası dram dəyərdən düşür. Ermənistan mediasında bu haqda xeyli yazılar peyda olub. Yazılardan görünür ki, ermənilər ölkədəki vəziyyətlə bağlı çox narahatdır. Dram müharibə dövründə 4 faiz dəyər itirib. Dolların kursu 500 drama çatıb. Milli valyutanın ilin əvvəlindən bəri geriləməsi 10 faizə yaxınlaşır. Ölkədə xarici valyuta almaqla bağlı panika yaranıb. Amma sosial vəziyyət də ağırdır, buna hamının imkanı çatmır.

Ermənistan Mərkəzi Bankı prosesə müdaxilə etməyə tələsmir. Hesab edirlər ki, vəziyyət hələ faciəvi deyil. Amma digər yandan da dramın yalnız geriləcəyini bilirlər.

Ermənistanın valyuta ehtiyatları çox deyil, cəmi 1.8 milyard dollardan söhbət gedir. Üstəlik, xarici borclar dayanmadan artır. Keçmiş Maliyyə naziri Vardan Aramyan deyib ki, hökumət vətəndaşlarla səmimi danışmalıdır.

Panikanı dayandırmağa ehtiyac var. Ermənilər banklardan əmanətlərini kütləvi şəkildə götürməyə başlayıb. Hökumət isə konkret addım atmaq gücündə görünmür.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Türk qadın ABŞ-da prezident seçkilərində ilkə imza atdı

SONRAKI XƏBƏR

Göbək rəqsi çalındıqca, göbələk kimi bitdi anuşlar, haykanuşlar...