TC Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Kəlbəcərə girməsini sevinclə bəyan etdi

TC Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Kəlbəcərə girməsini sevinclə bəyan etdi

Qəhrəman Azərbaycan Ordusu Qarabağdakı böyük qələbəsindən sonra əldə etdiyi razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə girdi. Kəlbəcər əsl sahibləri ilə 27 il sonra görüşür. Şanlı ay-ulduzlu bayrağımız indi Kəlbəcərdə Azan səsləri altında dalğalanacaq.

Baki-xeber.com-un xəbərinə görə, bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında yazılıb. Qardaş Türkiyənin Milli Müdafiə Nazirliyinin atdığı bu tvitdə böyük Qələbəmizdən sevinc ifadə olunub.

SAMİRƏ

Mənbə: www.baki-xeber.com