Makron “yıxılacaq” : “ABŞ və Rusiya ilə üz-üzə gələcək”

“Fransa qondarma rejimin müstəqilliyinin tanınmasına getməyəcək”

“Çünki bu, sadəcə Azərbaycana və Türkiyəyə qarşı atılmış addım deyil”

“Eyni zamanda ABŞ və Rusiyaya qarşı da güvənin itməsi deməkdir”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Nazir Fransanın Qarabağ məsələsinə bitərəf qalması ilə bağlı sualı cavablandırarkən “Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi” deyib:

“Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda”.

Jurnalistin Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər sualını isə nazir Ceyhun Bayramov belə cavablandırıb:

“Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik.

Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur”.

Yəni rəsmi Paris nəinki neytraldır, hətta haqsız mövqeyi “əldən verməməkdən” ötrü əlindən gələni əsirgəmir.

Bu gün Fransada Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınmasına dair səsvermənin keçirilməsi də dediyimiz fikrin təsdiqidir.

Siyasi analitik Rusif Məmmədsoy Emanuel Makronun növbəti qərəzi barədə “Sherg.az”a danışıb:

“Fransa E.Makron dönəmində ən həyasız siyasət yürüdür desək, yəqin ki, yanılmarıq. Makronun dərdi əslində Ermənistan və ya Dağlıq Qarabağın statusu deyil. Dərdi Türkiyə, Ərdoğandır. Hər cəbhədə Türkiyəyə məğlub oldu. Həm Aralıqda, həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda Türkiyənin qarşısını ala bilməyən Fransa istənilən halda Türkiyənin Cənubi Qafqaza daxil olmasından narahatlıq keçirir və hər vəchlə müdaxilə etmək istəyir. Makron sadəcə bizə deyil, Birləşmiş Ştatlara qarşı da eyni ritorikadan çıxış edirdi. Dünya müharibəsinin 100 illiyi münasibətilə təşkil edilən tədbirdə Makron Avropa ordusu ideyasını ortaya atdı. Həmin Avropa ki, Serbiyada ortalıqda qalmışdı. ABŞ olmasaydı, bacara bilməyəcəkdi. Elə Tramp da həmin prosesləri xatırlatmışdı Makrona”.

R.Məmmədsoyun fikrincə, Makron “çapdığı atdan gec-tez yıxılmalı olacaq”:

“Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi anti-terror əməliyyatı zamanı Fransanın çox məşhur qəzetlərinin birində “Türkiyəyə Kipr məsələsində mane ola bilmədik, amma bu dəfə mütləq qarşısını almalıyıq” sərlövhəli xəbər tirajlandı”. Türkiyə NATO-nun ikinci ən güclü ordusuna malikdir. Regionda əsas “oyunçu”lardan biridir və bunu daha da genişləndirməkdə davam edir.

Fransanın birmənalı şəkildə həmin prosesləri kənardan izləməsi, ehtimal ki, Emmanuelin hiddətinə səbəb olub. Ancaq fayda vermədi. Ərdoğan cavabını gecikdirmir. Fransanın Qarabağla bağlı şəxsi maraqları təbii ki, var.

- Kəlbəcər, o cümlədən qızıl! Onlar artıq əlindən çıxır. Sadəcə bu da deyil. Erməni lobbisi Fransada çox güclüdür. Hakimiyyətə, parlament üzvlərinə təsir imkanları çox genişdir. Lakin, Makron buna gedərsə, nəzərə almalıdır ki, Azərbaycanla bütün diplomatik əlaqələr kəsiləcək.

Rusiya ilə də qarşı-qarşıya gələcək. Azərbaycanda milyard dollarlıq yatırımlar mövcuddur. Bir sıra istiqamətlərdə əməkdaşlıq var. Bunların üzərindən xətt çəkməlidir. İkinci bir tərəfdən, separatizmlə mübarizə aparan bütün ölkələrlə münasibətlərinə zərər gələcək. Bəs bununla nə qazanacaq ? Növbəti prezident seçkilərində erməni lobbisinin dəstəyinimi ? Fransızlar bunu bağışlayarmı?

Əlbəttə, xeyr. Təsadüfi deyil ki, 2001-ci ildə qondarma erməni soyqırımını da məhz erməni lobbisinin çox güclü təzyiqi ilə təsdiq etmişdi. Makronun erməni fondunu ziyarəti zamanı səsləndirdiyi çıxış da məhz buna hesablanmışdı.- “Mən istədim sizə kömək edim, amma vəziyyət belədir”. Makron buna getməyəcək.

Çünki bu, sadəcə Azərbaycana və Türkiyəyə qarşı atılmış addım deyil. Eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədrləri, ABŞ və Rusiyaya qarşı da güvənin itməsi deməkdir. ABŞ Fransaya “Sarı jiletli”lər məsələsində ciddi mesaj vermişdi. Makron bütün bunları nəzərə alacaq”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

300-dən artıq miqrant ölümdən qurtarıldı

SONRAKI XƏBƏR

Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO