ABŞ Qasim Süleymani və Əbu Mehdi Mühəndisin qətlinə görə İraqa təzyiq göstərir

ABŞ Qasim Süleymani və Əbu Mehdi Mühəndisin qətlinə görə İraqa təzyiq göstərir

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Sadiqun" fraksiyasından olan millət vəkili bildirib ki, ABŞ-ın Bağdaddakı səfirliyi general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin öldürülməsi ilə bağlı hesabatın İraq parlamentinə təqdim olunmasına maneçilik törədir.

Əbdül Əmir Taiban verdiyi açıqlama zamanı bildirib ki, ABŞ səfirliyi general Qasim Süleymani və Əbu Mehdi Mühəndisin qətli ilə bağlı istintaqın nəticələrini parlamentə təqdim olunmasına mane olur və İraq hakimiyyətinə təzyiq göstərir:

"Bağdaddakı şər ocağı olan ABŞ səfirliyi qərarlarını İraq hökumətinə qəbul etdirməyə çalışır".
İraqlı millət vəkili ABŞ səfirliyini İraq hökuməti və xalqına qarşı zorakılıq və təzyiqləri dayandırmağa çağırıb.

Mənbə: eastnews.org