Avropa İttifaqı: "Türkiyə ilə kritik bir andayıq"

Avropa İttifaqı: "Türkiyə ilə kritik bir andayıq"

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali nümayəndəsi Jozep Borrel Türkiyə ilə əlaqələrin "kritik bir anda" olduğunu söyləyib.

Şərqi Aralıq dənizindəki fəaliyyətlər və Kiprdə həll yolu müzakirələrini dəyərləndirən Borrel "Şübhəsiz Türkiyə ilə əlaqələrimizin kritik bir anındayıq, ancaq Avropa İttifaqının Kiprin yanında olduğuna əmin ola bilərsiniz. Yunanıstan Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Kiprin həll yolu müzakirələrinin sürətlə yenidən başlamasını dəstəkləyir", - deyə bildirib.

Şərqi Aralıq dənizindəki fəaliyyətləri səbəbilə Avropa İttifaqı Şurasının Türkiyə ilə əlaqədar "mühüm qərarlar verməli olacağını" söyləyən Borrel "Türkiyə ilə uzlaşmaya davam etməliyik", - deyib.

10 dekabrda Brüsseldə bir araya gələcək Avropa liderlərinin Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə dair içərisində sanksiyaların da ola biləcəyi ifadə edilən qərarlar qəbul etməsi gözlənilir.

Mənbə: eastnews.org