Bütün insanlar ermənilərin məscidlərə etdiyi rüsvayçı davranışı barbarlıq kimi görməlidirlər - İrlandiyalı tarixçi

Azərbaycan Ordusu 6 həftə davam edən “Vətən Müharibə”sində şanlı qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad edib. Müharibənin sonunda Ermənistan təslim olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltmaq qərarı ilə razılaşıb. Lakin onlar torpaqlarımızı tərk edərkən misilsiz vandal aktları törədiblər. Belə ki, ermənilər evləri yandırıb, ağacları kəsib və bir sıra qədim tarixi eksponatları da özləri ilə aparıblar.

Eurasia Diary Qafqaz və Osmanlı imperiyası tarixi üzrə ekspert Patrik Uolşdan ermənilərin Qarabağda tarixi və mədəni irsi necə məhv etməsi ilə bağlı fikirlərini alıb.

Dr. Patrik Uolş, tarixdə erməni iddiaları və soyqırımı mövzusunda tənqidi yazılar yazan azsaylı qərb tarixçilərindəndir. O, çox sayda kitabın müəllifi, siyasi analitikdir, vətəni İrlandiyada tarix və siyasət fənnlərindən dərs deyir.

-Ermənilər azad olunmuş yaşayış məntəqələrində tarixi abidələri məhv ediblər. Bir tarixçi kimi ermənilərin bu cür barbarlıq törətmələrinin səbəbini nədə görürsünüz?

- Bunun "yandırılmış torpaq" siyasətinin bir hissəsi olduğunu düşünürəm. Məğlub olan ordular düşmən üçün faydalı ola biləcək hər hansı bir şeyi saxlamamaq üçün bunu edirlər. Məskunlaşanların və ya müstəmləkəçilərin qarşısını ala bilmədikləri yerli əhali tərəfindən məğlub edildikdə həmin infrastrukturları məhv etdikləri də qeyd olunur. Məskunlaşanların zehniyyəti irqçi olur, belə ki, onlar məskunlaşdıqları ərazidə yaşayan əhali ilə müqayisədə özlərini daha yüksək sivilizasiyaya sahib olduqlarını hesab edirlər. Mülkiyyətini itirənlərin dirçəlişi ilə dünyası darmadağın edildikdə, nə qədər maraqsız olsa da gördüyü hər şeyi - hətta unitazları da öz işləri kimi qəbul edirlər! Əlbəttə yaşayış məntəqələrinin, evlərin, məktəblərin və mal-qaranın dağıdılması ekoloji cinayətdir. Sonradan məskunlaşanların “qazanc”ı isə yerli sakinlərdən qanunsuz olaraq ələ keçirdikləri və ətraf mühitin qiymətli sərvətlərinin oğurluğu hesab edilir. Deməli, bu da müharibə cinayətidir və keçmiş işğalçılardan haqları ədalətlə tələb olunmalıdır. Ermənistan hökuməti atəşkəs imzalayaraq rəsmi olaraq bu cinayətin iştirakçısı kimi öz məsuliyyətlərini qəbul etdi və günahkar hesab edilən müstəqil, separatçı, qondarma dövlət iddiasını ortadan qaldırdı.

- Sizcə azad edilmiş ərazilərə səfər etmək və Ermənistanın digər xalqların mədəni və dini irsinin məhv edilməsi siyasətinə şahid olmaq üçün dünyanın hər yerindən tarixçilər dəvət edilməlidirmi?

- Şübhəsiz ki, bu səhnələri görən beynəlxlaq ekspertlər tərəfindən faktların sənədləşdirilməsi lazımdır. Bir neçə il əvvəl Qubanı ziyarət edərkən, məni ən çox təsirləndirən şey 1918-ci ilin mart qırğınlarına dair dəlilləri sənədləşdirmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü iş idi. Bu ermənilər tərəfindən şişirdilmiş, lakin çox az sübutlarla təsdiqlənən iddialara qarşı çox nəzərə çarpacan bir dəlildir. Qərb tarixçiləri münaqişəni xristiyanlara qarşı əməl kimi təqdim edən erməni tərəfini çıxmaq şərti ilə bu konfliktin dini qarşıdurma olmadığını anlamalıdırlar. Münaqişəni vaxt ayıraraq dərindən öyrənən hər kəs bunun Avropada və ABŞ-da dəstək toplamaq üçün hazırlanmış yalan bir iddia olduğunu bilir.

- Sizcə, Şuşa şəhərində Azərbaycana məxsus bütün dini və mədəni abidələrinin məhv edilməsinin həm də İslam dünyasına qarşı amansız cinayət kimi hesab etmək olarmı?

-Mən özüm katolik olduğum üçün İslam dünyası adından danışa bilmərəm. Ancaq tam əminəm ki, müsəlmanların məbədlərinin rüsvayçı şəklə salınması İslam dünyasını qəzəbləndirəcək. Mən məscidlərin donuz tövləsinə və digər müqəddəs yerlərə qarşı edilən təxribatları nəzərdə tuturam. Həqiqətən də, sahibi olduğu inancdan asılı olmayaraq, şərəfli və mədəni insanlar bu cür barbar və təhqiramiz hadisələri görməlidir. Əminəm ki, ermənilər bu hadisələri qəsdən törədib. Həqiqətən bu cür davranışlar cinayətkarları çox pis bir şəkildə əks etdirir.

- Tarixçilərimiz erməni saxtakarlığını ifşa etmək və Qarabağdakı kilsələrin albanlara aid olduğunu təsdiq elətdirmək üçün hansı işləri görməlidirlər?

- Bu ərazini araşdırmaq və faktları ortaya çıxarmaq üçün çox dərin tarixi tədqiqatların aparılmasının vacibliyini düşünürəm. Mən bəzi dəlillərlə tanışam, lakin daha çoxunu özüm kəşf etmək istərdim. Məsələnin son tarixi həqiqətlərinin üzə çıxmasından əlavə bir şey demək istərdim. Bunun bir müsəlman olaraq xristiyan mədəniyyətinə sahib çıxan azərbaycanlılar üçün xeyir olduğuna əminəm. Bu fərqliliyə hörmət və hər kəsə yer vermək ruhudur hansı ki erməni milliyətçiliyində bu çatışmır. Ermənilərin hər şeyə güzəştsiz yanaşmaları var, misal üçün torpağa, mədəniyyətə, dinə və məskunlaşmaya. Onlar elə hesab edirlər ki, bu ya onlarındır ya da heç kimin. Dünyanın böyük sivilizasiyalarına və mədəniyyətlərinə hörmət bəsləyən ortaq keçmiş anlayışı yoxdur. Hər şey sanki onlarındır və heç kimi saymırlar.

- Gələcəkdə Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşaması üçün imkan görürsünüzmü?

- Bu ən çətin sualıdır. Bu olmasa bütövlükdə bölgədə davamlı bir sülh və sabitlik ola bilməz, eyni zamanda, olmadığı təqdirdə, dar düşüncəli, özünü axtaran və həqiqətən dağıdıcı oriyentasiyası olan erməni millətçiliyi bütün erməniləri məhv etməyincə dayanmayacaq. Hazırda Rusiya sülhməramlılarının zəmanəti çərçivəsində erməni işğalından geriyə qalan az bir ərazidə (Dağlıq Qarabağda) bəzi üstünlükləri var. Qarabağda iki millət arasında bir qarşıdurma mövcuddur. Eyni ərazini paylaşan iki millətin birgə yaşayışını təmin etmək dedikdə buraya bu iki xalqın bir ərazidə birlikdə sülh şəraitində yanaşı yaşamaqları nəzərdə tutulur. Əvvəlki erməni rejimi isə millət problemini ikisindən birini yox etməklə həll etmək istəyirdi. Bu uğursuz oldu və yenidən belə bir addıma cəhd olunmamalıdır. Növbəti 5 il ərzində ən azı keçmiş Dağlıq Qarabağın üçdə ikisini əhatə edən ərazilərdə erməni əhalisi azərbaycanlı qonşularından təcrid olunacaq. Daimi olaraq rus sülhməramlıları tərəfindən Azərbaycan dövləti tərkibində birmillətli anklav kimi yaşasalar, bu çox təəssüfedici hal olardı. Bu, Qarabağın iki xalqı və ya Azərbaycan və Ermənistan əhalisi arasında gələcəkdə yaxşı münasibətlərin qurulmasına əlverişli olmayacaq "mühasirə düşüncəsi”ni saxlayacaq. Mənim yaşadığım Şimali İrlandiyanın tarixindən götürüləcək dərslərdən çıxış edərək məsləhət görərdim ki, Qarabağda qarşılıqlı inamın və maraqların inkişafı, eləcə də münasibətlərin büövlüyünü əsas götürən Azərbaycan və Ermənistan arasında əlaqələrin inkişafına ehtiyac var. Barış üçün funksional və hökumət tənzimləmələri ilə tarixi və hərtərəfli razılaşma daimi sülh üçün vacibdir

 

Müsahibəni aldı: Yunis Abdullayev

Tərcümə etdi: Ülvi Əhmədli

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Əsgər ailələrinə 2020 ədəd kitab hədiyyə

SONRAKI XƏBƏR

Goranboy İcra başçısı tənqiddən nəticə çıxardıb yaralı əskərin evinə yardım göndərdi- 50 manat......