Niderland mediasında erməni yalanları ifşa olunub

Niderland mediasında erməni yalanları ifşa olunub

Niderlandın nüfuzlu “ND” qəzetində Azərbaycan həqiqətlərindən bəhs edən məqalə dərc edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin verdiyi məlumata görə, qəzet bu addımı Niderlanddakı azərbaycanlı icmasının nəşrin ermənipərəst mövqe sərgiləməsinə kəskin etirazından sonra atıb.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasına dair BMT-nin 4 qətnamə qəbul etməsi barədə ətraflı məlumat verilib, ermənilərin əsassız iddiaları ifşa olunub.

Ermənilərin xalqımıza qarşı qeyri-insani davranışına diqqət cəlb edilib. 1993-cü ildə Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı zamanı azərbaycanlılara dogma el-obalarını tərk etmələri üçün cəmi 10 saat vaxt verildiyi yada salınıb. Azərbaycan dövlətinin isə Kəlbəcəri tərk etmələri üçün ermənilərə 17 gün vaxt verdiyi göstərilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.nd.nl/opinie/opinie/1004346/azerbeidzjan-moest-wel-handelen

Mənbə: cebhe.info