Sabiq deputat dünyasını dəyişdi

Azərbaycan Respublikasının əməkdar elm xadimi, I çağırış Milli Məclisinin deputatı Məmməd Məmmədov uzun sürət xəstəlikdən dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.

Qeyd edək ki, Məmməd Məmmədov 1937-ci il mayın 9-da Füzuli rayonunun Qarakollu qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Professor Yeni Azərbaycan Partiyasının üzvü olub.

Ailəli idi, üç övladı var.

O, 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 90 nömrəli Füzuli dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Məmməd Məmmədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini və sonradan sədri olub.

Allah rəhmət eləsin!

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Twitter” hesabların verifikasiya sistemini 2021-ci ildə yenidən işə salacaq

SONRAKI XƏBƏR

Ərdoğandan İslam ölkələrinə çağırış: “İşləri sürətləndirməliyik..."