Moskvadan qurtuluş umanlar TƏHLİL

Moskvadan qurtuluş umanlar TƏHLİL

Ermənistanın baş nazir müavininin rəhbərliyindəki İtkin Şəxslər üzrə İdarələrarası Komissiya, itgilərinə görə qüssədən dəli olmaq həddində olan insanlara kömək etmək üçün əlini hələ də ağdan qaraya vurmayıb. Keçən əsrin 70-ci illərində olduğu kimi, Ermənistanın SSRİ-nin tərkibində olduğu dövrlərdəki kimi hələ də vətəndaşlarının bir çox problemlərinə və ya respublika daxilində həlli tapılmayan məsələlərə görə yenə də ermənilər Moskvaya şikayət məktubları göndərdilər.

İndi ermənilər, bu işğalçı ölkənin istər vətəndaşları, itərsə də səlahiyyətliləri, hakimiyyət təmsilçiləri dərk etməlidirlər ki, SSRİ çoxdan dağılıb və onlar Ermənistanı artıq 29 ildir müstəqil bir dövlət kimi dünyaya sırımaq istəyirlər. Amma, görünən odur ki, erməni cəmiyyəti hələ də köhnəlmiş təcrübədən qurtula bilmir. Ermənistan ictimaiyyəti hələ də "böyük qardaşları" olaraq qəbul etməyə davam etdikləri Ruslardan qurtuluş və hər şeyə görə kömək umurlar. Belə olan halda hansı müstəqillikdən dəm vurur, hansı suverenlikdən danışır, hansı dövlətçilik barədə cəfəngiyyatlar səsləndirirlər?

Qarabağdakı döyüşlər zamanı itkin düşən əsgərlərin onlarla, hətta yüzlərlə valideynləri Rusiyanın Ermənistandakı səfirliyi qarşısında aksiya keçirir, Rusiyadan, şəxsən bu ölkənin prezidenti olan Putindən yardım, kömək istəyirlər. Səfirliyə vəsatət məktubu göndərənlər Rusiyanı hərbi qulluqçuların tapılması istiqamətində daha aktiv addımlar atmağa çağırırlar. Bəziləri səfirlikdəki konsulla görüşə gedərək, uşaqlarının axtarışında kömək barədə Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırmasını xahiş edirlər. Müstəqil bir dövlət kimi özünü təqdim edən bir ölkənin vətəndaşlarının belə bir addımı, həmin ölkənin hökuməti üçün də, elə həmin ölkənin vətəndaşları üçün də ütancvericidir.

Xatırladaq ki, Putinə kömək üçün müraciət edənlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Yəni, o adamlardır ki, onillər ərzində rusların köməyinə nəinki ehtiyac duyublar, bu kömək sayəsində varlıqlarını qoruyublar, problemlərinin həllinə nail olublar. Bundan hansı nəticələr çıxarmaq olar? İlk nəticə budur ki, ermənilər hələ də “böyük qardaşlarına” dərin ehtiyac duyurlar, baxmayaraq ki, imkan düşəndə onları təhqir edir, onlardan imtina etdiklərini utanmadan bəyan edirlər. Amma, reallıq budur ki, həqiqətən də ermənilərin bütün problemlərini elə ruslar, Rusiya dövləti, onun səlahiyyətliləri həll ediblər və etməkdə də davam edirlər hələ də. Elə sonuncu Qarabağ döyüşlərinin, müharibəsinin daha acı nəticələrindən, erməni əsgərlərinin qırğınlarından da, fəlakətindən də erməniləri ruslar, Rusiya dövləti, bu dövlətin prezidenti Putin xilas etdi. Doğrudur, ermənilərin qədirbilməz, nankor xilslətləri özünü bir daha təsdiq etdi və küçələrə çıxan insanlar, etirazçılar, təşəkkür etmək əvəzinə rus səlahiyyətlilərini, ələlxüsus bu ölkənin prezidentini tənqid atəşinə tutaraq, qınadı da. Halbuki, “böyük qardaşları” onların son nəfəsində yetişdilər və nəfəslərinin kəsilməsi ərəfəsində onları Azərbaycan Ordusunun bir növ əlindən aldılar ki, buna görə şikayətlənmək əvəzinə, minnətdar olmalı idilər.
Çox maraqlı bir etnosdur bu qaraçı hay tayfaları və bir gün öncə hədəfə alaraq, bütün nalayiq ifadələr ünvanladığı liderdən dərhal yalvarışla kömək istəyə bilirlər və buna görə utanmırlar da. Elə bil simasızlıq, mövqesizlik bu tayfanın alnına yazılıb və tarixin hər dönəmində bunu nümayiş etdirmək məcburiyyətində də qalırlar. Ölkəsində rus dilinə qadağa qoyanlar, rusları Qərbə satanlar dara düşən kimi yenə onlara əl açırlar. Döyüş zonasında qalan cəsədlərin əldə edilməsi, itgin düşənlərin axtarılması və ümumiyyətlə, hərbçisinin taleyi ilə, onun valideynlərinin haqlı tələbləri ilə bağlı ən adi məsələləri həll edə bilməyənlər, müstəqillik dedikdə ağızlarına çullu dovşan sığmayanlar, amma yenə də ruslara üz tutdular ki, bunun rəzalət, rüsvayçılıq, simaasızlıq, aşağılıq və sair kimi arzuolunmaz adları var.

Görəsən erməni cəmiyyəti etdiklərinin fərqindədirmi və dərk edirmi ki, 30 ildir müstəqil olduğunu, hətta son dövrlərdə dırnaqarası demokratik bir dövlətə çevrildiklərini, yeni bir Ermənistan qurduqlarını bəyan etdikləri halda başqa bir dövlətə möhtac qalıblar? Möhtac olduqları təqdirdə hansı müstəqillikdən söhbət gedə bilər? Bu həm də onun göstəricisidir ki, təkcə 44 günlük müharibədə deyil, təkcə Nikol Paşinyan yox, onlar 30 il ərzində və btün rəhbərləri tərəfindən aldadılıblar. Necə ki, dırnaqarası “Böyük Ermənistan” xülyası, dırnaqarası “Dağlıq Qarabağ” adlı qondarma respublika, döyüşlər zamanı dırnaqarası “qələbə xəbərləri”, eləcə də bütün mövcudluqları, varlıqları, dövlətçilikləri barədə də aldadılıblar və beyinləri doldurulub ki, indi bunun hər bir erməni fərqində olmalıdır, təbii ki, ağlı varsa. Əgər ağılları yoxdursa, yenə də nənələrinin “nağıllarına” qulaq asıb yuxuya dalsınlar və yuxularında gördüklərinin əksi olaraq ayıldıqlarında rastlaşdıqları fəlakətlərə görə “müstəqil dövlətlərinə” deyil, Rusiyaya əl açsınlar, yardım dilənsinlər.

Məsələnin digər bir tərəfi də odur ki, yalan-doğru ermənilərin məskunlaşdığı Ermənistan adlı bu ərazidə bir dövlət var axı, hətta müstəqil olmasa belə. Niyə vətəndaşları bu dövlətdən problemlərinin həllini tələb etmirlər, Rusiyaya üz tutur, ruslara ünvanlanırlar? Bu hal bir sıra məqamlara aydınlıq gətirmirmi? Əlbəttə ki, gətirir. Bütün bunlar onu göstərir ki, müstəqillikləri başlarına dəysin, yalançı hökumətlərindəki dövlət qurumlarının belə işinin tamamilə iflic vəziyyətində olduğunu şübhəsiz olaraq hər bir erməni dərk edir və anlayır. Bu şəkildə qəbul etmək də adi hal alıb, necə ki, işğalçıların ölkəsinin prezidenti Armen Sarkisyan, “mən Qarabağla bağlı üçtərəfli saziş barədə mətbuatdan eşitdim”, deyə fikirləri özü üçün də, cəmiyyətləri üçün də adi hal hesab olundu.
Ermənistanın hal-hazırda hökumət strukturları, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, polisi, hamısı faydasız və köməksiz vəziyyətdədir ki, görünür bunu da ermənilər yaxşı-yaxşı görürlər. Məhz buna görə də, baş nazir müavininin rəhbərliyi altında olan, İtkin Düşənlərlə bağlı İdarələrarası Komissiyanın da mənasız, faydasız olduğunu dərk edən ermənilər ruslara yalvarmağa başlayıblar. Valideynlərə uşaqlarının harada olduğu və vəziyyətləri barədə ən qısa müddətdə məlumat verməli olan, daha doğrusu buna borclu dövlət qalıb bir tərəfdə, Rusiya dövlətinə kömək üçün yalvarışlar edilirsə, Ermənistan dövləti, özü də dırnaqarası “müstəqil” dövləti kimin nəyinə lazımdır? Ərazilərdə məskunlaşmaq üçün, yeni ərazilərin zəbt edilməsi, işğal edilməsi planlarının qurulması üçün, yoxsa, xəstə təxəyyüllərinə görə erməni əsillilərin qurban verilməsi üçün?

Hər hansı bir halda ermənilərin hamısının çətin anlar yaşadığı günün reallığıdır. Təkcə işğal altında saxladıqları və bunu qənimət hesab etdikləri torpaqlardan deyil, çox şeylərdən məhrum oldular. Çox sayda insan tələfatı ilə qarşılaşıb hərbi qüvvədən məhrum oldular ermənilər. Onillər boyu yığdıqları hərbi texnikadan, silah-sursatdan məhrim oldular ki, bu böyük bir maliyyə itgisi hesab olunur. Nəticədə iqtisadi geriləmələr və ümimiyyətlə iqtisadi tənəzzüllə qarşılaşdılar. Hökumətləri isə bu qarşılaşmalar fonunda ancaq hakimiyyət uğrunda mübarizə və talan etdiklərinin xalqdan gizlətməklə məşğuldur. Ancaq ən dəhşətlisi budur ki, minlərlə Ermənistan vətəndaşı olan övladlarının dirisinin və ya ölüsünün tapılmasını yad və başqa bir dövlətdən kömək kimi istəməsi ilə ermənilər gələcəyə və dövlətinə inamdan məhrum oldu. Müstəqilliyinin olmasına inamdan məhrum oldular və həqiqətən də belə halda müstəqillikdən danışmağa dəyməz.

Mənbə: sia.az