TC Xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində çıxışında Şərqi Aralıq dənizi Və Egeydə yaşanan hadisələrin Türkiyə - Avropa Birliyi münasibətlərinə də təsir etdiyini deyib.
Baki-xeber.com-un xəbərinə görə, Çavuşoğlu deyib ki, Yunanıstan Cənubi Kipr cütlüyü yalnız deyil, bəzi digər dövlətlər də Türkiyə ilə bağlı problemlərini Avropa Birliyinə daşıyır: “Sözdə üzvlük həmrəyliyi maskası taxan bu ölkələr hər fürsətdən əleyhimizə sui-istifadə edirlər. AB bu yanlış yoldan dönməlidir. Bunu bacararsa, işbirliyimizdən bütün Avropa qazanar. Bacarmasalar bütün Avropa ziyan görəcək. AB-nin xətalarını anlamasını və Türkiyənin üzvlüyünün Birliyə gətirəcəyi dəyəri görməsini gözləyirik. O halda hər iki tərəf üçün də daha əlverişli bir əməkdaşlığın qurula biləcəyinə inanırıq. Birliklə təmaslarımızda bu istiqamətdə dialoq arzumuzu vurğulayırıq”.
SAMİRƏ
Mənbə: www.baki-xeber.com