Almaniya BQXK-nin Dağlıq Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırıb

Almaniya BQXK-nin Dağlıq Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırıb

Almaniya hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Federal Hökumətinin İnsan Haqları üzrə Komissarı Berbel Koflerin yaydığı açıqlamada bildirilib.

"Altı həftəlik şiddətli döyüşlərdən sonra noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıram.

Almaniya Federal Hökumətinin 2 milyon avro vəsait ayırdığı BQXK-ya yorulmaz fəaliyyətinə görə təşəkkür edirəm. Yardımın təcili çatdırılması üçün BQXK və digər humanitar təşkilatların insanlarla maneəsiz əlaqə qura bilməsi vacibdir", -deyə B.Kofler bildirib.

Mənbə: apa.az