Millət vəkili - Ekoloji fəlakət törədən ermənilər bunun təzminatını ödəməli olacaq

Millət vəkili -  Ekoloji fəlakət törədən ermənilər bunun təzminatını ödəməli olacaq

“Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan rayonun təhvil verilməsi üçün 10 gün əlavə möhlət verildi. Bunun müqabilində ermənilər evləri və meşələri yandırmağa başladı. Bu da onların faşist mahiyyətini, nə qədər qəbilə təfəkkürlü bir xalq olduğunu göstərir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib. Millət vəkili qeyd edib ki, belə addım atan ermənilərlə birlikdə yaşamaq mümkün görünmür:

“Əgər onlar azərbaycanlıların 92-ci ildə qoyub getdiyi evləri özəlləşdirib içinə girib yaşayıbsa və bu gün onu yandırıb gedirsə, onlarla hansı birgə yaşayışdan və onlara etibar etməkdən söhbət gedə bilər. Ermənilər azərbaycanlılara və türklərə qarşı nifrətlərini açıq şəkildə nümayiş etdirirlər. Azərbaycan döyüş meydanında onların layiq olduğu cavabını verib. Bundan sonrakı mərhələdə evləri və meşələri yandıran, ekoloji fəlakət törədən ermənilər məhkəmə instansiyalarında cavab verməli və bunun təzminatını ödəməli olacaq. Bu cinayətləri törədənlər rahat yaşaya bilməyəcək. Ermənilərin bəziləri düşünür ki, Ermənistan vətəndaşı kimi sərbəst şəkildə Qarabağa gəlib-gedə biləcəklər. Bu da mümkün olmayacaq, Azərbaycan ən yaxşı halda evlərini yandırmayan, cinayət törətməyən, qanunları pozmayan erməni vətəndaşlarına Azərbaycan şəhəri olan Xankəndinə gəlib-getmələri üçün miqrasiya kartı verə bilər. Lakin ermənilər özlərini faşist kimi apardığı üçün aylıq miqrasiya kartı deyil, 10 günlük miqrasiya kartı güzəştə gedilməlidir. Bu qaydalar onlara günahlarını etiraf edənə və təhlükəsiz münasibət göstərənə kimi tətbiq olunmalıdır. Düşünürəm ki, Azərbaycan onlar üçün ağır şərtlər irəli sürməlidir. Onlar Azərbaycan ərazilərində təxribatla məşğul olmamalıdır”.

Aytən Məftun

Mənbə: publika.az