Müsəlmanlar terrorçu, terrorçular müsəlman deyillər

Müsəlmanlar terrorçu, terrorçular müsəlman deyillər

Dünyada yaşayan bütün xalqlar Allah tərəfindən yaradılıblar və məhz bu səbəbdən də onların hər hansı birini bir xalq və millət olaraq terrorçu adlandırmaq düzgün deyil. Terrorun başında duran əsas qüvvə hər hansı bir xalq və millət deyil, həmin xalqı idarə edən dövlət başçıları və onların ambisiyalarıdır.

Son 20-30 ildə dünya mediasına və siyasi arenaya atlılan "müsəlman terrorizmi" termininin yaradıcıları da, məhz həmin siyasi qüvvələrdir ki, müsəlman dünyasını daim təzyiq və təhdid altınad saxlamaq üçün bu termindən yararlanırlar.

Bunun bir çox səbəbləri var. Əgər biz dünya tarixinə diqqət etsək, belə bir faktla üzləşərik ki, tarixin heç bir dönəmində hansısa bir müsəlman dövlətinin, hər hansı bir xristian dini mənsublarının yaşadığı dövləti işğal etməsi faktı yoxdur. Ancaq xristian dövlətləri əsirlər boyu "səlib-xaç yürüşləri"ndən bəri daim müsəlman dövlətlərinə qarşı təcavüz siyasəti həyata keçirib. Bu gün özlərini demokratiyanın beşiyi hesab edən Avropanın aparıcı dövlətləri 19-cu əsrin ikinci yarısına kimi, demək olar ki, bütün müsəlman dövlətlərini özlərinin vassallarına çevirmişlər. 19-cu əsirdə başlanan milli-azadlıq və milli-dirçəliş hərəkatlarını həzm edə bilməyən həmin qüvvələr daha sonrakı dövrlərdə bu məmləkətlərdə törətmədikləri vəhşiliklər qalmadı. Bu gün isə bütün dünyaya müsəlman terrorizmin həzm etdirməyə çalışır, bu yolla da öz vəhşiliklərinə haqq qazandırmaq istəyirlər.

Bir faktı diqqətinizə çatdırım ki, əgər müasir dünyamızın demokratlarının iddi etdiyi kimi, müsəlmanlar terrorçu olsaydılar və başqalarının torpaqlarına iddia etsəydilər, ermənilər heç zaman bir müsəlman ölkəsi olan Azərbaycanın ərazisində nəinki dövlət qura bilər, heç burada məskunlaşmaqlarına belə, imkan verilməzdi. Mən bunu dəfələrlə yazılarımda, çıxışlarımda, müxtəlif səviyyəli müzakirlərdə də qeyd etmişəm ki, ermənilərin Azərbacan ərazisində məskunlaşmalarının və dövlət qurmalarının bir səbəbi Rusiya şevonizmidirsə, digər əsas səbəb İslam dinin toleratlığı və insansevərliyidir. İslam dini insanlar arasında nə dininə, nə əqidəsinə nə də dərisinin rənginə görə fəriq qoymur. Bu gün isə xristian təəssübkeşləri özlərinə xas olan bir çox xüsusiyyətləri müsəlmanların ayağına yazaraq, onları terrorçu kimi qələmə verməyə çalışırlar.

Ancan bir şeyi yaddan çıxarmaq olmaz ki, islam dininin daşıyıcıları olan müsəlmanlar heç bir zaman haqsız yerə insan qatili olmayıblar. Onların apardıqları mübarizənin kökündə daim haqq və ədalət durub.

Bu gün dünyanın ən aparıcı ilahiyyatçı alimləri də (istər xristian, istərsə də digər dinlərin daşıyıcıları) istədikləri zaman heç bir çətinlik çəkmədən sübut edə bilərlər ki, islam dini tam olaraq tolerantlıq və insansevərlik prinsiplərini özündə ehtiva edir və hər zaman, hər yerdə haqqın və ədalətin bərqərar olmasına çalışır.

Bütün bunlar onu deməyə əsas verir ki, islam dini heç vaxt başqa dinlər qarşı qərəzli mövqedə olmayıb. Əksinə, son zamanlar Avropada və bütün xristian aləmində Qurani- Kərimə və Preyğəmbərə qarşı yönəlik təhqirlərə belə, dözümlü münasibət nümayiş etdirib. Lakin yaddan çıxarmaq olmaz ki, bütün insanlar öz hiss və düşüncələrində eyin deyillər və müəyyən məqamlarda bəziləri istəməsələr belə, öz hisslərini cilovlaya bilmir, təhqirə adekvat cavab vermək məcburiyyətində qalırlar.

Bu gün biz Azərbaycan- Ermənistan müharibəsinə islami nöqteyi-nəzərdən diqqət etsək görərik ki, erməni siyasiləri Azərbaycan xalqının toleraqlığından, insansevərliyindən sui-istifadə edərək, özlərinin məkrli siyasətlərini gerçəkləşdirməyə çalışırlar. Eyni zamanda bunu elə bir şəkildə həyata keçirməyə çalışırlar ki, xalqımız da onlara adekvat savab versin və bütün dünya ictimaiyyətinin xadqımızı vəhşilikdə ittiham etmək şansı yaransın. Ermənilər də bütün dünyaya car çəksinlər ki, biz belə bir xalqla bir yerdə yaşaya bilmərik. Bunların hamısı məqsədyönlü surətdə qurulmuş bir ssenaridir və ermənilər öz havadarlarının sifarişi və dəstəyi ilə bu ssenaridən hər zaman istifadə ediblər.

İslamın ən mühüm göstərişlərindən biri də səbrdir. İslam müsəlmanları bütün hallarda səbirli olmağa çağırır. Lakin bəzən elə situasiyalar yaranır ki, artıq səbr etmək mümkün olmur.

Məsələn, Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycan tərəfi 30 ilə yaxın bir müddətdə səbr etdi. Münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan bütün variantlarla razılaşdı. lakin ermənilər bununla razılaşmadılar və daha böyük iddialarla çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistan tərəfinə xəbərdardlıq etdi ki, biz bir qarış belə torpağımızı düşmənə vermək niyyətində deyilik. Biz sülh istəyirik, buna görə də münaqişənin sülh yolu ilə həllinə dəstək verən butun təklifləri müzakirə edir, konstruktiv mövqedən çıxış etməyə çalışırıq. Ermənistan tərəfi isə hər dəfə bir bəhanə ilə işğalın müddətini uzatmaqla status-kvonu qorumaq üçün çabalar göstərir. Eyni zamanda Azərbaycan tərəfinə təxribatçılar göndərir, cəbhə xəttində atəşkəs rejimin pozur, əzələ nümayiş etdirmirdi. Fransa prezidenti Makron kimiləri isə bunu görməzdən gəlir, haqlı-haqsız erməniləri dəstəkləyir, bununla da onları təcavüzə və terrora sürükləyir.

İndi mənim sizə bir sualım var: Bütün qeyd etdiklərimdən sonra açıq-aydın hər şey ortada olduğu halda, müsəlman terrorizmidən danışanlar nə dərəcədə haqlıdırlar? Kim sülh, kim qarşıdurma istəyir? Bütün bunlar son nəticədə özlərini demokratiya, insan haqq və hüquqlarının müdafiəçiləri kimi təqdim edənlərin terrora dəstək veridiyini sübut etmirmi?

Azərbaycan bir islam dövləti olaraq münaqişə başlayan gündən Ermənistana sülh təklif edir. Lakin xristian təəssübkeşliyinə güvənən Ermənistan dövləti bu təkliflərdən heç birini qəbul etməyərək, Azərbaycan ərazisində yeni bir erməni dövləti yaratmaq kimi sərsəm iddialarından ələ çəkmək istəmir. Məhz bu iddiaların nəticəsidir ki, bu gün ağır itkilər verərək rusvayçı məğlubiyyətə uğrayan Ermənistan dövləti yeni təxribatlar yaratmaqla hansısa üstünlüklər qazanmaq üçün bütün dünyadakı xristian təəssübkeşlərini bir araya gətirərək, onları müsəlman terrorizmi ilə təhdid edir. Azərbaycanın da islam dövləti olduğunu xüsusi vurğulayan ermənilər, onların Qarabağda azarbaycanlılarla dinc, əmin-amanlaq şəraitində yaşamalarının mümkün olmadığına dünya ictimaiyyətini inandırmağa çalışır.

Artıq dünya da 30 il əvvəliki dünya deyil. Kimin kim olduğunu yaxşı bilir. Lakin Fransa kimi bəzi dövlətlər yenə də ikili standartlar tətbiq edərək, ermənilərə sevgilərinin hədsiz olduğunu bir daha sübüt etdilər. Ancaq biz bir şeyi dəqiq bilirik ki, Azərbaycan xalqı və dövləti hər zaman sülhün və haqqın tərəfində olub. Bu gün də, biz ermənilərin Azərbaycan vətəndaşı olaraq ölkəmizin ərazisində yaşamalarına etiraz etmirik, baxmayaraq ki, buna etiraz etməyə haqqımız və əsaslı arqumentlərimiz var.

Bu bizim xalqımızın və dövlətimizin tolerantlığa və multikulturalizmə verdiyi dəyərdən irəli gəlir. Lakin təəssüflər olsun ki, ermənilərdə və onların təəssübkeşlərində bunları anlayacaq baş yoxdur.

Yazının sonunda sizlərin diqqətinə maraqlı bir məlumatı çatdırmaq istəyirəm, bu təkcə Türkiyə Cumhuriyyəti başçısı Rəcəb Təyyib Ərdoğanın Fransa prezidenti Makrona tarix dərsi deyil, həm də bütün xristian dünyasına bir mesajdır ki, başını kola soxmaqla bütün çirkinliklərini gizlədə bilməzsən.

Cəsur Ərdoğan Makrona müraciətlə deyir:

-Müsəlmanlar terrorçu deyil, terrorçular da müsəlman deyillər. Bunları bilmirsənsə diqqətinə çatdırım ki, dünya tarixində kim daha çox günahsız inasanları qətlə yetirib.

1) Adof Hitler- siz heç bilirsiniz o, kim olub? O xristian idi, amma KİV-lər onu heç zaman xristian terrorçusu kimi qələmə vermədilər (adlandırmadılar), adı terrorçu kimi hallanmadı.

2) İosif Stalin- O, 20 milyon insanı öldürüb, onlardan 14, 5 milyonu acından ölüb. Bəlkə O, müsəlman idi?

3) Mao Tze Dun (Çin) o, 14-20 milyon insanı qətlə yetirib. Bəlkə onu da müsəlmanların sırasına yazasınız...

4) Benito Mussalini (İtaliya) 400 min insanın qatili olub, o da müsəlmandır?

5) "Aşko" Kalinqi döyüşündə 100 min insanın ölümünün baiskarı olub, o da müsəlmandır, bəlkə?

6) Corc Buşun embarqosu nəticəsində təkcə İraqda 1/2 milyon uşaq həlak olub. lakin təsəvvür edin ki, bu insanları KİV-lərdə heç kimi terrorçu kimi təqdim etmir. Nə üçün?

Bu gün müsəlmanların böyük əksəriyyəti "cihad" sözünü dilə gətirməyə belə qorxur. Cihad ərəb sözüdür. Kökü ərəb sözü olan "cixada"dan əmələ gələn bu söz "işləmək", yaxud "şərə və həqsızlığa qarşı mübarizə" kimi izah olunur. Cihad heç bir halda "günahsız insanları öldürmək" demək deyil. Fərqimiz ondadır ki, biz hər zaman şərə qarşıyıq, şərə qarşı mübarizə aparırıq. Ancaq siz hələ də düşünürsünüz ki, İslam həlli müşkül bir problemdir.

Gəlin davam edək:

1) 17 milyon insanın məhvinə səbəb olan birinci dünya müharibəsini bəyəm müsəlmanlar başlamışdılar?

2) 50-55 milyon insanın ölümünə səbəb olan 2-ci dünya mühiribəsi bəlkə müsəlmanların günahı üzündən baş vermişdi?

3) Bəlkə 200 min insanın ölümünə və bir o qədər də insanın ömürlük şikəst olmalarına səbəb olan Atom bombasını Yaponiyanın Xerasimo və Naqasaki şəhərlərinə müsəlmanlar atmışdılar?

4) 5 milyon insanın məhvinə səbəb olan Vyetnam müharibəsini də, bəlkə müsəlmanları ayağına yazasınız...

5) Bosnya və Kosova müharibəsində həlak olan 5 milyon günahsız insanın ölümünün də baiskarı, bəlkə müsəlmanlardır?

6) Bu günə qədər 12 milyon insanın ölümünə səbəb olan və bu gün də davam edən İraq müharibəsidə mimüsəlmanların işidir?

7) Bəlkə Əfqanıstanda, İraqda, Fələstində, Birmada və dünyanın bir çox başqa bölgədərində törədilən kütləvi qırğınları da müsəlmanların adına yazasınız.

8) 1975-79-cu illərdə Kombodcada həlak olan 3 milyondan çox insanın da qatilləri müsəlman deyildilər.

Birdəfəlik qulağınızda sırğa edin ki, MUSƏLMANLAR TERRORÇU DEYİLLƏR, TERRORÇULAR DA MÜSƏLMAN DEYİLLƏR!!!

Bu gün dünya ictimaiyyəti bütün bu faktları dəqiq bildiyi halda, bundan sui-istifadə edərək və görməzdən gələrək erməni terroruna dəstək verməsi heç bir halda anlaşılan deyil. Mənə belə gəlir ki, burada əsas məqsəd erməni terrorunu dəstəkləməklə, ümumxristian terrorunu ikinci plana keçirmək və bütün pisliklərdə müsəlmanları ittiham etməkdir.

Əgər xristianların güclü təbliğat maşını, yalan püskürən ideoloji-siyasi komandası varsa, bizim də başımızın üstündə hər şeyi görən və bilən ALLAHIMIZ var. Allahu-təalə heç zaman yol verməz ki, şər xeyrə qalib gəlsin.

Son Qarabağ müharibəsi də bunu bir daha göstərdi və sübüt etdi. QARAĞAQ AZƏRBAY-CANDIR! QƏLƏBƏ BİZİMDİR!

Yusif Seyid

Mənbə: paralel.az