"Qraparak"qəzeti: Hakimiyyət Qarabağda daha bir çirkin oyuna əl atdı

"Qraparak"qəzeti: Hakimiyyət Qarabağda daha bir çirkin oyuna əl atdı

Ermənistana Stepanakertdən (Xankəndi) zəng etmək demək olar ki, mümkün deyil. İnsanlar yalnız zəif internet bağlantısı ilə əlaqə qururlar. Müvafiq orqanlar problemin düzələcəyinə söz versələr də, problemin yaxın vaxtda cözülməsi inandırıcı görünmir.

KONKRET.az xəbər verir ki, bu barədə “Aysor.am” məlumat yayıb. Məlumatda deyilir ki, “Qarabağdakı soydaşlarımız Ermənistandakı siyasi hadisələri davamlı şəkildə izləyə bilmirlər. “Ədalət” parlament fraksiyasından olan deputat David Qalstyan dünən verdiyi müsahibədə deyib ki, “Ən şiddətli döyüşlər dövründə də rabitənin problemsiz işlədiyini, indi isə olmadığını gördük. Necə ola bilər ki, hökumət binasında rabitə normaldır. Ancaq kənarda rabitə fasilələrlə işləyir. Bu, “Artsax” (erməni xalqının xəstəliyi çətin sağala – red) xalqının Ermənistanda nə baş verdiyini anlaya bilməməsi üçün ortaya atılmış bir oyun, bir təxribatdır. “Artsax”da da çoxları bunun süni şəkildə yaradılmış problem olduğuna düşünür. Bu isə milli birliyə və həmrəyliyə qarşı bir xəyanətdir”.

 

Mənbə: konkret.az