And yerimizdə qələbə sevinci - VİDEO

And yerimizdə qələbə sevinci - VİDEO

Müzəffər ali baş komandanın bu müraciətindən sonra hər kəs qələbə sevincini paylaşmaq üçün küçələrə axışdı. Bayrağımızı dalğalandıran maşın karvanları şəhərin mərkəzində qələbə dövrəsi vurdu.

Daha sonra vətəndaşlarımız Şəhidlər Xiyabanına üz tutdu, qələbə müjdəmizi onlara çatdırmaq üçün. And yerimizə toplaşanların gözündəki sevinc işartısını görməmək mümkün deyildi. Körpə olarkən Kəlbəcəri tərk etmək məcburiyyətində qalan Etibarın yarımçıq uşaqlıq xatirələrini övladları davam etdirəcək.

Qələbə ah-havası ilə nəfəs alanlar arasında incəsənət adamları da gözümüzə dəydi. Əslən Kəlbəcərdən olan xanəndə Rəvanə Əmiraslanlının indi bir arzusu var, Qarabağ şikəstəsini doğma yurdunda ifa etmək.

Xiyabana yürüşdə yüzlərlə insan iştirak etdi. Əbədi məşələ doğru birgə addımladıq.

Bəli, Qarabağ Azərbaycandır. Bu nida artıq reallıqdır. Bütöv Azərbaycanın, bütöv Azərbaycan boyda realığı.

 

Mənbə: www.realtv.az