Çin lideri də Co Baydeni təbrik etdi

Çin prezidenti Si Tsinpin Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tsinpin təbrik teleqramında bildirib ki, ABŞ-Çin münasibətlərinin sağlam və davamlı inkişafı yalnız iki ölkənin xalqlarının mənafelərinə cavab vermir, eyni zamanda beynəlxalq birliyin ümumi gözləntilərini əks etdirir.

Çin lideri ölkəsi ilə ABŞ arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf edəcəyinə, fikir müxtəlifliyinin aradan qaldırılacağına ümid etdiyini söyləyib.

O, Çin və ABŞ-ın qlobal sülhün və inkişafın qorunmasına kömək etmək üçün digər ölkələr və beynəlxalq ictimaiyyətlə birgə çalışacaqlarına ümid etdiyini də bildirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova

SONRAKI XƏBƏR

Pediatr uşaqların həkim məsləhəti olmadan antibiotiklərlə müalicəsinin fəsadlarını açıqladı